adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
28 Avqust 2019 16:10
22966
KRİMİNAL
A- A+

Binəqədidə narkotik satanlar ələ keçdi - FOTO

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Naziriyinin (DİN) Mətbuat xidmətindənverilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif yerlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Yasamal rayon sakini Azər Misdimov, Binəqədi rayon sakinləri Alxan Quliyev və Əlibaba Baxışov, həmçinin Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Yavər Qasımov saxlanılıblar. Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü Polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.