Sərraf Balaxan: Bir vaxtların kənd toyları
Kəndimizdə (Biləsuvar rayonu, Aşağı Cürəli kəndi) təqribən 10 əvvələ kimi davam edən həyət toylarından bir-iki gün öncə baş verənlərlə bağlı qeydlər:
- dəvətnamələri qonşudakı savadlı şagirdlər
yazar, dəcəllər paylardı;
- qonşulardakı xalçalar, kilimlər, palazlar toy
olan həyətə daşınardı;
- qonşulardan mizüstü klyonkalar, stəkanlar,
boşqablar, qaşıqlar, çəngəllər toy evinə daşınardı. Toydan sonra qarışıq düşməsin
deyə hamısının arxasına evin xanımının adının baş hərfi dırnaq lakı ilə yazılardı. Bizimkilərin hamısına
"Ə" (Əsli - anam) yazılardı.
- toyxana tikilib hazır olandan sonra
"toyxanaüstü" adlanan mərasim başlayrdı, qonşu qadınlar hərəsi əlində
2 metr qırmızı parça gətirib bağlayardılar toyxanaya;
- toyxanaüstünə gələnlər və toyxananın qurulmasında
iştirak edən uşaqlar, cavanlar üçün "ciyəraxşamı" olurdu;
- toy başlayan gün toyxananın aşıqların stoluna tərəfdə
olan orta dirəyinə meyvə ağacının üstündə meyvə olan bir budağını qırıb
bağlayardılar;
- gəlingətirməyə gedəndə bəyin atası mütləq gəlin
maşınında qabaqda şoferin yanında oturmalı idi;
- maşının qabağını yanına duz, çörək və güzgü
qoyulmuş iplə və ya əl-ələ tutmaqla kəsib bəyin atasından pul alardılar;
- bəyin adamları gəlini gətirdikləri evdən mütləq
elə də dəyərli olmayan əşya və ya toyuq-cücə oğurlayardılar;
- gəlin həyətə gətiriləndə maşından düşərkən başına
konfet səpərdilər;
- gəlini evə qoyandan sonra bəyin atası yemək
qazanlarının yanına gələrdi, "qazanaçdı" deyə bir iş vardı, yemək bişirənlərə
pul verib qazanların ağzın açdırardı;
- birici yemək aşıqlara verilərdi, yeməklərini
yeyib toyxanaya qayıdar və toy başlayardı...
... ta bundan sonrası elə sonraya qalsın.
Digər Xəbərlər
24 Aprel 2024 14:41
Şuşaya köç başlayır - Tarix açıqlandı
24 Aprel 2024 14:15Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
24 Aprel 2024 12:12AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
24 Aprel 2024 10:34Sovet hökümətinin sirr kimi saxladığı təyyarə qəzası: Binədən ölümə "uçan" 33 nəfərin aqibəti
24 Aprel 2024 10:03