adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Avqust 2019 12:18
9571
GÜNDƏM
A- A+

TAP layihəsi çərçivəsində mikrotunel tikintisi başa çatdı

TAP layihəsi çərçivəsində mikrotunel tikintisi başa çatıb.

Adalet.az Trend-ə istinadən bildirir ki,Trans-Adriatik Boru Kəməri Konsorsiumu (TAP) İtaliyanın Puglia bölgəsindəki San Foca çimərliyində mikrotunel inşaatını başa çatdırıb.

Yaxın aylarda tuneldə boru kəmərinin çəkiləcəyi bildirilir.

Bu işlər vətəndaşların və turistlərin gündəlik həyatına maneə törətmir.

Qeyd edək ki, dəyəri 4,5 milyard avro məbləğində ölçülən TAP "Cənub Qaz Dəhlizi" layihəsinin tərkib hissəsidir.