adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Avqust 2019 12:06
26086
SİYASƏT
A- A+

Putindən Ərdoğana təklif: "Helikopteri al, limuzini hədiyyə edim"

Ərdoğan Putinlə sərgi gəzişində rus istehsalı olan limuzini də gözdən keçirib. Ərdoğan "Aurus” modelli limuzinin qiymətini soruşub. Putinin ona 18 milyon rubl, yəni təxminən 1,6 milyon türk lirəsi cavabını aldıqdan sonra "Düşünəcəm” deyib.

Onların arasında maraqlı bir söhbət də baş tutub. Putin sərgilənən və prezident maşınındakı kimi geniş salonu olan 8 milyon dollarlıq helikopteri alsa, prezident maşının hədiyyə edəcəyini deyib. Bu təklif gülüşmələrə səbəb olub. Ərdoğanın "Tamam, razıyam” söylədiyi deyilir.


Qeyd edək ki, bu məlumatları Kremlin müxbiri Dimitri Smirnov "Telegram”da yayıb.