adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Avqust 2019 11:18
28732
DÜNYA
A- A+

Rusiyada bina çökdü: Dağıntılar altında qalanlar var - Yenilənib

Novosibirsk vilayətində divarın çökməsi zamanı azı iki nəfər ölüb.

Bu barədə "TASS”a Rusiya İstintaq Komitəsinin Novosibirsk vilayətindəki idarəsinin mətbuat xidmətindən bildirilib.

"Ölənlər var, dəqiq sayını deyə bilmərik, ancaq iki nəfərdən az deyil” - deyə qeyd olunub.

Artıq baş verən hadisə ilə bağlı cinayət işi açılıb.

***
10:19

Rusiyannın Novosibirsk şəhərində yenidənqurma zamanı bir mərtəbəli binanın divarı çöküb.

Dağıntı altında 12 işçinin qaldığı ehtimal edilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bir nəfərin dağıntılar altından xilas olduğunu bildirib.

Qeyd olunub ki, 350 kv.m ərazinin çökməsinə səbəb tikinti tələblərinin pozulmasıdır.

Hazırda əraziyə FHN-nin 70 nəfər canlı qüvvəsi və 20 ədəd texnikası cəlb olunub.(azvision.az)