adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Avqust 2019 10:06
10009
MƏMLƏKƏT
A- A+

DİQQƏT! Bakının 3 rayonunda qazın verilişi dayandırıldı

Avqustun 28-də səhər saat 08:00-dan Tbilisi prospektində istismarı dayandırılmış qaz xəttinin ləğvi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra olunacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Adalet.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq 1 və 2-ci Alatavada, Tbilisi prospekti, Heydər Əliyev prospektində, Nəsimi, Yasamal və Nərimanov rayonlarında, eləcə də bir neçə tibb müəssisəsi və digər yerlərdə bir qrup abonentin qaz təchizatı dayandırılıb.