adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Avqust 2019 09:59
13841
SAĞLAMLIQ
A- A+

Səhiyyə Nazirliyi: İsmayıllıdakı zəhərlənmə ilə bağlı xəstəxanaya 33 nəfər müraciət edib

İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhər saat 9:30-a olan məlumata əsasən, hazırda xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər müalicəsini davam etdirir. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir:

"Qidadan zəhərlənmə ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, İsmayıllının Qəzili kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər".