adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
28 Avqust 2019 09:41
28885
DÜNYA
A- A+

Trampdan xanımına qəribə sözlər: intiqam, yoxsa zarafat?

Fransada keçirilmiş G7 sammitinə yekun vurulub.

Yeddi ölkə prezidentinin üçgünlük görüşü geniş mətbuat konfransı ilə başa çatıb.

Adi görünən bu protokol tədbiri də zarafatsız ötüşməyib.

ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makron jurnalistlərin suallarını cavablandırarkən iştirakçılar ABŞ-da fransız tədarükçülərindən şərab üçün vergilərin qaldırılması məsələsinə toxunublar.

Jurnaslitlərdən biri Trampa "ABŞ və Fransa arasında vergi ilə bağlı razılıq əldə olunduğunu təsdiqləyə bilərsiniz ?"sualını ünvanlayıb. "Xanımımın (Melaniya Tramp – red.) fransız şərabını həqiqətən sevdiyini təsdiqləyə bilərəm. Fransız şərabını sevir, buna görə çox sağ olun", - deyə ABŞ prezidenti cavablandırıb.

Emmanuel Makron Trampın bu yarı zarafat, yarı gerçək cavabına gülərkən, salonda oturan və eyni zamanda gülən Melaniyanın üzünün ifadəsi kəskin dəyişib. Görünən odur ki, ya Melaniya ərinin cümləsində onun və alkoqol haqqında bəhs etdiklərini bəyənməyib, ya da bu cümlənin niyə onun haqqında olduğunu başa düşməyib.

Bəlkə də bu şəkildə ABŞ prezidenti bir gün öncəki ümumi şam yeməyində Kanadanın Baş naziri Castin Trüdo ilə çox isti öpüşünqisasını almaq istəyib!?.

Görüşdə Melaniyanın Castini səmimi şəkildə öpməsi sosial mediada səs-küyə səbəb olmuşdu.

Sosial şəbəkə izləyiciləri onun bu hərəkətini birmənalı qarşılamayıb və "Melaniya artıq birinci xanım titulunu itirməyə doğru gedir" kimi şərhlərlə tənqid atəşinə tutublar.

Qeyd edək ki, Castin Trüdo 14 ildir ki, öz xanımı ilə xoşbəxt həyat sürür.(oxu.az)