adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Avqust 2019 17:38
5932
HADİSƏ
A- A+

Siyəzəndə qadın 3 övladı ilə birlikdə itkin düşüb

Siyəzəndə 30 yaşlı qadın övladları ilə birlikdə itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayonun Yenikənd kənd sakini Həmzəliyeva Gülnar Xanbala qızı iyul ayının 23-də üç azyaşlı övladı ilə birlikdə evdən çıxaraq bir daha geri qayıtmayıb.

G.Həmzəliyevanın boyu 155 santimetr, yumru sifətli, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.

Onu görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə (023 304-13-03 şəhər və (051) 772-06-06; (077) 390-70-75 mobil nömrələrinə) zəng vuraraq məlumat vermələri xahiş olunur.