adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Avqust 2019 17:20
11353
SAĞLAMLIQ
A- A+

Şəkidə toya gedən 21 nəfər xəstəxanalıq oldu - Yeməkdən zəhərləniblər

Şəkidə toyda kütləvi zəhərlənmə baş verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Şəkidə toyda iştirak edən 21 nəfər zəhərlənib. Çeşməbelli kəndində məclisdə olan şəxslər toydan sonra Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər.

Müraciət edənləri müayinə edən həkimlər onlarda dizbakterioz aşkarlayıblar. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.