adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Avqust 2019 16:40
8600
HADİSƏ
A- A+

Yanğınla mübarizəyə polislər də qoşuldular - FOTO

Avqustun 26-da günorta saatlarında Bərdə rayonu Cumalar kəndindəki meşəlik ərazidə yanğın hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, hadisə yerində Bərdə Rayon Polis Şöbəsinin, FHN-in əməkdaşları və yerli sakinlər olublar.

Baş verən yanğının qarşısının alınmasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları fəal iştirak ediblər. Cumalar kəndi ərazisindəki yanğın tez bir zamanda söndürülüb. Yanğının digər sahələrə keçməsinin qarşısı vaxtında alınıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.