adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Avqust 2019 16:26
19790
İDMAN
A- A+

"Qarabağ"- "Linfild" oyununa 10 min bilet satılıb

Bakıda keçiriləcək "Qarabağ"ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın "Linfild" komandasına qarşı play-off mərhələsinin cavab oyunu üçün 30 min bilet satışa çıxarılıb.

Bu barədə "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Onun sözlərinə görə, artıq satışa çıxarılan biletlərin 10 mini satılıb. Hazırda bilet satışı davam etdirilir.

Xatırladaq ki, avqustun 29-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" komandası Şimali İrlandiyanın "Linfild"klubu ilə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda cavab oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.

Qeyd edək ki, "Qarabağ" səfərdə "Linfild"ə 2:3 hesabı ilə məğlub olmuşdu.