adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Avqust 2019 16:09
29040
DÜNYA
A- A+

Ərdoğan və Putin SU-57 qırıclarını gözdən keçirdilər

Türkiyyə Prezidenti Rəcəp Tayyip Ərdoğan "ANA” adlı özəl təyyarəsi ilə Moskvaya yollanıb. 

Moskva yaxınlığındakı Jukovski ərazisində keçirilən "MAKS-2019” Beynəlxalq Haavaçılıq və Kosmos Forumuna açılışa qatılan Ərdoğan liderliyində türk heyəti ABŞ-ın F-35 qərarından sonra Rusiya tərəfindən Türkiyəyə təklif edilən SU-57 qırıclarını gözdən keçirdi. Mətbuat konfransında Türkiyə ilə əməkdaşlıqlarından da danışan Putin bu forumda bir çox xarici ölkələrin iştirak etdiyini deyib. 

Qeyd edək ki, builki forumun əsas partnyoru Çin Xalq Respublikası olub. Ərdoğam isə Türkiyə hava limanlarının Avropada ən çox yolçu qəbul edən və yola salan hava limanları arasında olduğunu deyib: "Müdafiə və havaçılıqda lider ölkə halına gəlirik. Rusiyadan ölkəmizə gələn turistlərin sayında rekord ardınca rekord qırmağa davam edirik. Bu il ölkəmizi təqribən 6 milyon turistin ziyarət etməsini gözləyirik. Aramazıdakı ticarət həcmi 25 milyard dollar keçti, hədəfimiz 100 milyard dollardır”.