adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Avqust 2019 16:02
92262
HÜQUQ
A- A+

Fədayə Laçının məhkəməsi niyə ard-arda təxirə salınır? - Vəkil səbəbi açıqladı

Ötən gün Bakı Apellyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməketməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesinin ard-arda yeddi dəfə təxirə salınmasının səbəbi məlum olub.

Oxu.Az-ın xəbərinə görə, F.Laçının vəkili Nurəngiz Qarayeva hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilməli olan proseslərin əksəriyyətinin təxirə salınmasına səbəb kimi təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməməsini göstərib:

"Mən də öz növbəmdə bu məsələ ilə maraqlandım. Penitensiar Xidmətin əməkdaşları bildirdi ki, sözügedən məhkəmə "Gəncə işi” ilə eyni vaxta təsadüf edir. Təqsirləndirilən şəxslərin sayının hər iki iş üzrə çox olması, onların xüsusi mühafizə altında gətirilməsini çətinləşdirdiyi üçün bu hal baş verir".

Vəkil qeyd edib ki, F.Laçının səhhətinin pisləşdiyi üçün məhkəmə iclaslarının təxirə salındığı barədə yayılan informasiyalar həqiqəti əks etdirmir.

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın beşil, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev doqquz il, qarovul rəisi Ceyhun Səmədov doqquzil, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev yeddi il, Günay Atakişiyeva altıil, Aqil Nəcəfov doqquzil, İsrafil Soltanov yeddiil, Şahmar Bəyəlizadə yeddiil, Tərlan Zeynalov yeddi il, Anar Əsgərov yeddiil və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.