adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Avqust 2019 15:58
20606
İDMAN
A- A+

"Qarabağ"-"Linfild" oyununu idarə edəcək hakim heyəti açıqlandı

"Qarabağ"ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın "Linfild" komandasına qarşı keçirəcəyi play-off mərhələsinin cavab görüşü üçün hakim təyinatları açıqlanıb.

"Qarabağ" futbol komandasının mətbuat xidmətindən verilən məlumata görə, oyunun baş hakimi Rusiya Futbol Federasiyasından Sergey İvanov olacaq. Baş hakimə həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin dördüncü hakim, lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcəklər.

Xatırladaq ki, avqustun 29-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" komandası Şimali İrlandiyanın "Linfild"klubu ilə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda cavab oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.

Xatırladaq ki, "Qarabağ" səfərdə "Linfild"ə 2:3 hesabı ilə məğlub olmuşdu.