adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Aqil ABBAS: Allahverdi Bağırovun çayxanadan yığdığı uşaqlar

AQİL ABBAS
48260 | 2019-08-28 09:00

Yol tikməyəgedəcəkdin...

Bəs nəoldu, day-dara-dam-dam?

Bordini nətər qaldırıb dağın başına qoydularsa, o daelə öyrəşmədiyindən tappaturupla gəldi düşdü yerə. Amma "Neftçi”ni xilas etməyinyolu var.

Təzədən Tərlan Əhmədovu gətirirsən "Neftçi”yə, komandanıtoparlayır, qaldırır 1-ci, 2-ci yerə və sonra yenə bir Bordin kimisini tapıb gətirirsən.

Ümumiyyətlə, bir çox xarici məşqçilər dəlləkliyi bizimmillimiz və klublarımızın başında öyrənirlər və bəzən də qulağını kəsib çıxıbgedirlər.

Allahverdi Bağırov futbolçuları çayxanadan yığıb gətirmişdi.

Ağdamın Ağdam vaxtında Allahverdi Bağırov "Qarabağ”ınməşqçisi işlədiyi zaman Bakıdan teleqramgəlir ki, "Qarabağ” "Məhsul” cəmiyyətininkeçirdiyi yarışlar üçün təcili Bakıya gəlməlidir, əks halda cəzalanacaqdır.Futbolçular da hərəsi bir yerdə istirahətdə idi. Allahverdi qalır naəlac, gəlir bulvardakıçayxanaya. Deyir ki, ə, kim, futbol oynaya bilir, dursun ayağa, yeməyiniz, içməyiniz,hər şey mənlik, təcili Bakıya yarışa gedirik.

Uşaqları doldurur avtobusa, üzü güləbətinə, yəniBakıya.

İndiki "Bakcell Arena”nın yerində yarışlar keçirilənbir stadion vardı. Hamımız yığılıb getmişdik futbola. "Neftçi”nin əvəzedici heyətininqapıçısı Saşa (Hüseyn Əhmədov), əsas hücumçusu Elbrus Abbasov, komandanındirektoru Adil Nadirov.


Oyun gedir və təbii ki, çayxanadan gələn uşaqlarfutbol yox, top-top oynayırdı.

Saşa qapıçının arxasında durub bağırır:

- Ə, sağa çıx! Ə, sola çıx! Ə "stenka”nı düz qur! - vəs. və ilaxır.

Elbrus Abbasov meydanın kənarından hücumçuları yönləndirir:

- Getdin, ə, getdin! Sağa bax! "Rastrel” elə!

Adil Nadirov mərkəz müdafiəçisini yönləndirir:

- 9 nömrəni gözdən qoyma! Sol tərəf boşdu! Qorxma yıx!

Allahverdi Bağırov da məcbur olub o yaşında girdioyuna.

Nə isə. Çayxana uşaqları ilə oyunu udduq. Əslindəoyunu başda Allahverdi olmaqla Saşa, Elbrus, Adil uddu.

Çayxanadan gələn uşaqlar onların əmrlərini layiqincəyerinə yetirdilər.

İndi Azərbaycan komandaları legionerlərin əlindən tığverir. Legionerlərin oyunlarına baxdıqca yadıma Allahverdinin çayxanadan yığıb gətirdiyiuşaqlar düşür. Elə bil bu legionerləri də xarici ölkələrdə hansısa komandalarınfanatlarının yığışdığı barlardan gətiriblər. O xarici məşqçilər də həminbarların barmenləridir.

Sadəcə olaraq onların Allahverdiləri, Adilləri,Saşaları, Elbrusları çatışmır.

P.S. "Sumqayıt” nə qədər ki özümüzkülərlə oynayırdı,gül kimi komanda idi, gözəl oyun nümaiş etdirirdi. Elə ki "çayxanalardan”legionerləri yığıb gətirdilər, düşdülər "Neftçi”nin gününə.

"Sabah”a da gözəl sabahlar arzulayıram!

5 manat artıq maaşdan ötəri özünün boya-başa çatdığı,ona şöhrət gətirən komandanı qoyub qaçan futbolçulara da bir örnək verim:

Anatoli Banişevskinin Anatoli Banişevski olanvaxtında, şöhrəti dünyaya sığmayanda "Neftçi”yüksək liqanı tərk elədi, amma Banişevski Moskva və Kiyevin məşhurkomandalarının təklifini qəbul etmədi və sonadək az maaşla "Neftçi”də qaldı.


TƏQVİM / ARXİV