adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Avqust 2019 11:59
44964
MƏDƏNİYYƏT
A- A+

"Aqil Abbasın aprel döyüşləriylə bağlı ssenarisi ora təqdim olunsa da nədənsə qəbul olunmayıb"

"Biz özümüz bu istiqamətdə işləyirik və hələ ki, adamların adlarını çəkmək istəmirəm”

Adalet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov aprel döyüşləriylə bağlı çəkiləcək filmlər haqda danışarkən deyib. M.Hətəmov yazıçı Aqil Abbasın müharibə mövzusunda çəkilən "Dolu” filminin də onlar üçün uğur gətirdiyini bildirib:

"Film ssenariləri Mədəniyyət Nazirliyində kimissiyaya təqdim olunur və onun da sədri Cəmil Quliyevdir. Elə yazıçı Aqil Abbasın da aprel döyüşləriylə bağlı ssenarisi ora təqdim olunub və nədənsə qəbul olunmayıb. Biz özümüz bu istiqamətdə işləyirik və hələ ki, adamların adlarını çəkmək istəmirəm. Aprel döyüşləriylə bağlı çəkiləcək filmlərə görə bir çox ciddi layihələrlə maraqlanırıq. Bilirsiniz ki, Aqil müəllimin "Dolu” filmdi də bizə uğur gətirib və çox istəyərdik ki, onunla əməkdaşlıq edək.

Qaldı ki, ermənilərin aprel döyüşləriylə bağlı film çəkməsindən xəbərdarıq. Bizə vəsait mart ayında ayrıldı. Ssenarilər təqdim olunub və hazırda müzakirələr gedir. Bir daha onu qeyd edim ki, ssenarini kinostudiyalar deyil, nazirlikdəki komissiya qəbul edir”.