adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Avqust 2019 11:37
19911
İDMAN
A- A+

DÇ-də ilk medalımız təmin edildi: cüdoçularımız yarımfinalda qarşılaşacaq

Azərbaycan cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında yarımfinal mərhələsinə yüksəliblər.

 R.Orucov 1/4 finalda israilli Tohar Butbulu, H.Heydərov isə Tacikistan təmsilçisi Bəhruz Xocazodanı mübarizədən kənarlaşdırıb.

İdmançılarımız yarımfinalda bir-biri ilə qarşılaşacaqlar. Beləliklə, ikisindən biri finala çıxacaq ki, bu da Azərbaycan yığmasının dünya çempionatında ilk medalı təmin etməsi deməkdir.(oxu.az)