adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Avqust 2019 11:22
8274
HADİSƏ
A- A+

Avtomobil qəzası Xaçmazda iki kəndi qazsız qoydu

Bu gün gecə saatlarında Xaçmaz rayonunun Nabran kəndində avtomobil qəzası zamanı Seyidli və Xuray kəndlərini qidalandıran tənzimləyici şkaf zədələnib.

Bu barədə Adalet.az-a "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir.

Qeyd edilir ki, qəza nəticəsində hər iki kəndin 180 abonenti qazsız qalıb. Qəzanı törədən avtomobil isə daha sonra başqa kəndin ərazisində tapılıb. Hazırda ərazidə qaz təchizatının bərpası işlər görülür.