Əbülfət Mədətoğlundan yeni şeir: YERİ
Ürəyimi kövrəldir
Həsrətin zolaq yeri...
Yanağımı göynədir -
Qurumuş dodaq yeri...
Günün duran çağında
Rəngi qaçır tağın da!
Gözlərimin ağında -
Qalır bir calaq yeri!
Zaman keçib gedəcək
Hər kəs seçim edəcək!
Mənlə köçüb gedəcək -
Ruhumun oddaq yeri...
Susub, sıxdım dişimi
Bilə - bilə işimi...
Dərd mən boyda kişini -
Edibdi yolaq yeri...