Əbülfət MƏDƏTOĞLU: ADINI PIÇILDADIĞIM KÜÇƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
45879 | 2019-08-27 10:10

Öncədəndeyim ki, Oğuz Ayvaz bir xeyli müddət "Ədalət” qəzetinin əməkdaşı olub. Necədeyərlər, gözümün qabağına söz-söz, moisra-misra böyüyüb, inkişaf edib. Mərhumatasını dəyərli söz adamı kimi tanıdığımız, həm də "Ədalət”in səhifələrindəşeirləri ilə də çıxış edib. Və günlərin birində biz kollektivimizin bu gənc əməkdaşınıntoy məclisinin də iştirakçısı olduq. Vəhətta gül parçası olan qızının da boyunu sevdik.

Bütünbunları ona görə xatırladıram ki, ilk kitabı barəsində söz açacağım Oğuzuyaxından tanıdığımı, onun sözlə necə işləmək bacarığını müşahidə etdiyimioxuculara bildirim. Və deməli, az-çox yaradıcılıq təcrübəsi olan bir insan kimimən Oğuzun ilk kitabını çox məmnunluq hissiylə qarşıladım. Çünki o artıq kitabmüəllifi olmaq haqqını qazanmış gənclərimizdən biri idi və hətta bu işdə bir azgecikmişdi. Yəni müxtəlif mətbu orqanlarda, eləcə də sosial şəbəkədə imzasınıtanıtmağı bacaran Oğuz Ayvaz müasir ədəbi gəncliyin ümidverici imza sahiblərindəndi.Və onun şeirlərindəki hava da, ruh da safdı. Hələ üstəlik də bu hava çəkicidi.Onun canında sanki bir az da maqnit var.

İlk kitabınıqızına ithaf edən Oğuz Ayvaz yazır ki:

Atamın şəklihaqqı yadımdasan,

indi əngözəl uzağımın adısan.

Atamın şəklihaqqı yadımdasan,

indidaha çox mənə oxşayırsan.

...Tanrıdan imdad diləyirsən...

O qədərdarıxırsan ki,

o qədər,o qədər...

Sevdiyinadama bənzətmək istəyirsən

adamları

yalvararsanağrımaq üçün,

atamın şəklihaqqı düz deyirəm...

Təqdimetdiyim bu şeir parçası təkcə özünəməxsus andiçmə deyil. Yəni atamın özününyox, şəklinin canına and içmək artıq oxucuda ata barəsində müəyyən təsəvvür yaradır.Onun varlığının indi bir xəyal olduğunu anlayır. Amma həm də bu andın müqəddəsliyidə özünü qabardır. Göstərir ki, sevdiyin adama bənzətdiyin adamlar sənə ağrımaqüçün şərait yaradır. Amma sən bu şəraiti məhz atanın şəklinə and içməklə həm əldəedirsən, həm də onu təsdiqləyirsən. Mən bu şeiri oxuyanda kitabın ilk səhifəsindəkiauranı bir növü əynimə geyindim və beləcə şeirdən şeirə keçdikcə gördüm ki,bütün kitabdakı ovqat demək olar ki, bir ssenaridi. Həm də bu ssenarinin kəpənəkömrü də, təbiət eskizi də və yaxud rəsmi çəkilmiş bacı da bu ovqatın cizgiləridi,naxışlarıdı.


OğuzAyvazın şeirlərində nisgil, kədər daha qabarıqdı, daha çox önə çıxıbdı. Ona görədə vurğuladığım ovqat bəzən sevincə təşnə olur, onu axtarır. Təsəvvür edin ki,"Fevral şeiri”ni oxuyursan. İlk misra təqdimatdı. Son misralar bir növü xatirələriqatlayıb üst-üstə çinləmək və ona baxa-baxa düşünməkdi, xəyala dalmaqdı. Özünüzdə diqqət yetirin:

Atam öləndəfevral idi,

şəhərimizsoyuqdan donmuşdu.

Heçqışda da adam ölər?

Heç ilinbu vaxtı getməkmi olar?

Atam öləngün biz çox ağladıq,

bircəqardaşım uzun-uzadı susdu,

indibütün uzaqlar atadı,

indibütün uşaq təbəssümləri xatırlamadı,

indibütün qovuşmayanların adı atamdır...

Gördüyünüzkimi, bu şeirlərin düşündürmək gücü kifayət qədərdi. Və mən Oğuz Ayvazın şeirlərindəkifikir gücünü ən yaxşı bir cəhət kimi görürəm. Çünki bu güc oxucunu tutubsaxlayır, özəlləşdirir. Mən də Oğuza ünvanladığım 5-6 cümləlik məktubumla ona ənxoş arzularımı bildirmək və uğurlu, davamlı olsun! demək istəyirəm. Düşünürəmki, elə belə də olacaq. Çünki o, yəni Oğuz Ayvaz zəhmət çəkməkdən, sözə çiyinverməkdən çəkinmir, qorxmur. Həyat da cəsarətliləri sevir, elə poeziya da!Uğurlar, Oğuz Ayvaz!


TƏQVİM / ARXİV