Ərdoğan: “Qarabağdakı qətliamları unutmamışıq”
"Əcdadlarımızın əsrlər boyu güvənlə idarə etdiyi bölgələr bu gün təəssüf ki, zülm və səfalət içindədir"
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin ildönmünə həsr olunmuş tədbirdə deyib. O, bildirib ki, erməni işğalçılarının Dağlıq Qarabağda törətdiyi qətliamlar unudulmayıb.
"Heç bir siyasi və iqtisadi maraqlar bizi haqqı söyləməkdən çəkindirə bilməz. Suriyada qətliam var. Hər gün qan tökülür. Bu gün Qüdsdə, Fələstində də zülm görürük. Bir çox yerdə müsəlmanlar zülm altında yaşayırlar. Arakandan Kəşmirə, Fələstindən Avropaya qədər müsəlmanlara hücumlar hələ də davam edir. Yaxın tarixdə Balkanlardan Qarabağa qədər qətliamları da unutmamışıq. Əllərindən gəlsə, ölkəmizə eyni şeyi etmək istəyən alçaqları da unutmadıq. Bu gün mübarizəni sərhədlərimizdə aparırıq. İnşallah, bu mübarizəni zəfərlə başa vurarıq",- deyə Ərdoğan vurğulayıb.
Digər Xəbərlər
19 Aprel 2024 14:32
"Rusiya İran və İsraili təmkinli olmağa çağırır" - Peskov
19 Aprel 2024 12:30Delimitasiya komissiyasının erməni sədri özünə müşavir təyin etdi
19 Aprel 2024 11:12Rusiya Ukraynaya aviazərbələr endirdi - Ölənlər var
18 Aprel 2024 18:37ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18 Aprel 2024 18:09