adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
26 Avqust 2019 16:24
18132
MƏMLƏKƏT
A- A+

"Gənclik Günü” layihəsi həyata keçirilib

Binəqədi rayonunda "Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş "Gənclik Günü” layihəsi həyata keçirilib.

"Binəqədi Gənclər Evi”, Binəqədi rayon Gənclər və İdman İdarəsi təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Gənclər Fondu və UNICEF-in Azərbaycan nümayəndəliyinin tərəfdaşlığı ilə 16 avqust 2019-cu il tarixində Binəqədi Gənclər Evində "Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş "Gənclik Günü” layihəsi 200 nəfərdən çox yeniyetmə və gəncin iştirakı ilə həyata keçirilmişdir.

Layihəyə təcrübəli mütəxəssis Kənan Məmmədovun yoqa sessiyası ilə start verlilmişdir. Sonra Binəqədi Gənclər Evinin akt zalında yeniyetmə və gənclər arasında "Dama” və "Şahmat” turnirləri keçirilmişdir. "Dama” turnirinin nəticəsinə görə I yeri Cəfərli Cavad, II yeri Məmmədov Məhəmməd, III yeri Həsənli Daşqın tutmuşdur. "Şahmat” turnirinin nəticəsinə görə I yeri Məmmədova Nuray, II yeri Vəliyev Amal, III yeri Həsənova Zeynəb tutmuşdur.

Binəqədi Gənclər Evinin gənclər klubunda keçirilən "Xəmsə” Milli İntellektual Oyununda I yeri Səyyar Qurbanov, II yeri Elvin Əliyev, III yeri Yusif Ağayev tutmuşdur.

"Simurq İntellektual Oyunlar Klubu” nun təsisçisi Gursel Abbas bildirmişdir: "Klubumuzun əsas məqsədi intellektual, savadlı və dünyagörüşlü gənclik yetişdirmək, gənclərin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etməkdir. Binəqədi Gənclər Evində "Gənclər Günü" münasibətilə keçirilən tədbirdə Xəmsə Milli İntellektual Oyunu üzrə fərdi oyun keçirdik. Oyun çox məhsuldar və əyləncəli keçdi. Bütün gəncləri klubumuzun təşkil etdiyi turnir və yarışlara dəvət edirəm.”

Layihə çərçivəsində baş tutan futbol turnirində isə I yeri "AFFA, II yeri "Bilbao”, III yeri isə "Marşal” komandaları tutmuşdur.

"Binəqədi Gənlər Evi” nin könüllüsü Əliyev Murad bildirmişdir: 20 yaşım var və ADNASU-un tələbəsiyəm. Gəclik Günündə Fudbol çempiyonatına qoşuldum. Fudbol çempiyonatı olduqca maraqlı keçdi, əsas maaraqlı məqamlardan biri hər bir komandanın öz azarkeş qrupu var idi və bu azarkeş qrupları müxtəlif maraqlı pankartlarla, şüarlarla komandalarına dəstək olurdular. Digər maraqlı cəhəti isə ondan ibarət idi ki, bildiyiniz kimi 2020-ci ildə Avropa çempionatının 4 oyunu Azərbaycanda keçirdiləcək və Avropa çempionatının stenti nümayiş olunurdu.”

Oyunlar yekunlaşdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir. Mükafatlandırılma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, "Binəqədi Gənclər Evi” nin direktoru Ələkbər Mustafayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, UNICEF-in Azərbaycan nümayəndəliyinin ofisinin gənclərlə iş şöbəsinin əməkdaşı Mina Hüseynova iştirak edərək qalibləri təbrik etmiş, yeniyetmə və gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının səmərəli təşkili məqsədilə görülən işlər haqqında məlumat vermişlər.

"Gənclik Günü” layihəsi musiqili əyləncəli proqramla davam etdirilmişdir.