adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Avqust 2019 15:15
19741
SİYASƏT
A- A+

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidentiMehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Təbrikdədeyilir:

"Hörmətli Mehriban Arif qızı.

Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz yüksək dövlət vəzifələrində çoxillik fəaliyyətinizlə həmvətənləriniz arasında layiq olduğunuz hörmət və böyük beynəlxalq nüfuz qazanmısınız.

Sizi Rusiyanın böyük dostu, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinin prinsipial tərəfdarı kimi tanıyırıq. Əminəm ki, bu münasibətlər Rusiya və Azərbaycan xalqlarının mənafeyi naminə, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi maraqlarına uyğun olaraq bundan sonra da məhsuldar şəkildə inkişaf edəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram. Ailənizə səmimi salamımı çatdırmağı xahiş edirəm".