adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Avqust 2019 15:02
17974
SİYASƏT
A- A+

İsrailli merlər Azərbaycana gəlir

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ("Azİz") payızda bir sıra İsrail şəhərlərinin merləri və mer müavinlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərini planlaşdırır.

Bu haqda "Azİz"in baş direktoru Lev Spivak məlumat verib.

"Azİz"ikitərəfli əlaqələrin inkişafı məsələlərinin, eləcə də "qardaşlaşmış şəhərlər" layihəsinin müzakirəsi üçün bir sıra İsrail şəhərlərinin merlərinin Azərbaycana səfərini hazırlayır", - deyə oqeyd edib.

L.Spivakın sözlərinə əsasən, 15-dən çox üzvü olan İsrail nümayəndə heyətinin səfəri sentyabrın 29-dan oktyabrın 6-dək davam edəcək.

Səfərin proqramı çərçivəsində İsrail merləriAzərbaycanın paytaxtını və müxtəlif rayonlarını ziyarət edəcəklər.

Hazırda Mingəçevir və Asula, eləcə də İsmayıllı və Kiryat-Bilik qardaşlaşmış şəhərlər siyahısındadır.(oxu.az)