ANA SƏHİFƏ / TEXNOLOGİYA

"Bakcell"dən yenilənmiş "Ulduzum" mobil tətbiqetməsi

26232    |   2019-08-26 14:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi "Bakcell" şirkəti "Ulduzum"mobil tətbiqetməsini yeniləyib.

"Ulduzum"u yükləmiş "Bakcell" abunəçiləri bu proqramın tərəfdaşlarını asanlıqla tapıb, endirim kodlarını əldə edə, mövcud təkliflər və yeniliklər barədə məlumat ala bilərlər. Həmçinin, yeni tətbiqetmə sayəsində istifadəçilər qənaət olunmuş məbləğlər, qoşulduqları kampaniyalar, qazanılan "keşbeklər", gün ərzində istifadə edilməyən kodlar və digər üstünlüklər barədə məlumat ala biləcəklər. Yeni tətbiqetmə həmçinin müxtəlif oyunlarda iştirak etmək və hədiyyə qazanmaq imkanı verir.

Yenilənmiş "Ulduzum"mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün aşağıdakı linklərdən yükləmək olar:

https://apple.co/32yW5j5

http://bit.ly/UlduzumApp

"Bakcell" şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramını həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və güzəştlərlə təmin edir. Artıq 5 ildən çoxdur ki, Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan "Ulduzum"un geniş partnyor şəbəkəsi 300-dən çox yerli və beynəlxalq tərəfdaşın 500-dən artıq satış və xidmət nöqtəsini özündə birləşdirir.

Bu günə kimi "Ulduzum"loyallıq proqramına 3 milyondan artıq "Bakcell" abunəçisi qoşulub.

Proqramın istifadəçiləri populyar restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, ən populyar kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri və digər sahələrdə fəaliyyət göstərən tərəfdaşlarımızın təklif etdiyi özəl kampaniyalar və endirimlərdən yararlanmaq imkanına malikdirlər.

Proqram haqqında ətraflı məlumatıwww.ulduzum.azsəhifəsindən almaq mümkündür.




İmza:

Telefonun parolunu arvada verəcəksinizsə...

“Microsoft” korporasiyası “Tiktok” üçün 30 milyard dollar ödəyə bilər

Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb

Ermənilər "Google Maps"də Azərbaycana qarşı irimiqyaslı saxtalaşdırmalar edirlər

Azercell-in yeni 4G WiFi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər!

“Azercell” jurnalistləri Milli Mətbuatın 145 illiyi münasibətilə təbrik edir

Türkiyədə ilk yerli avtomobil istehsal edən zavodun inşasına başlanılıb

Hakerlər smartfonları uzaqdan partlatmağı öyrəniblər

“Google” şirkəti Fələstini xəritəsindən sildi

Erməni hakerlər Day.az, Milli.az, Trend BİA və Azernews-a hücum ediblər

Matç zamanı robotların rəqsi azarkeşləri dəhşətə gətirdi - VİDEO

Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!

SON XƏBƏRLƏR
2020-08-08
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK