adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Avqust 2019 14:17
21977
İDMAN
A- A+

Bu gün 3 güləşçimiz dünya çempionatına qatılacaq

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatına start verilib. İlk yarış günündə Azərbaycanın 3 təmsilçisi tatami üzərinə çıxıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Davud Məmmədsoy (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmalarda məğlub olublar. Leyla Əliyeva (48 kq) isə ilk görüşdə portuqaliyalı rəqibinə uduzub.

Bu gün Nicat Şıxəlizadə (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Larisa Florian (52 kq) mundialda ilk görüşlərini keçiricək.