adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Avqust 2019 14:07
7342
HADİSƏ
A- A+

Goranboyda qəza - Ölən və xəsarət alanlar var

Goranboy rayonunun Veyisli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, avqustun 24-də saat 21 radələrində Goranboy rayonunun Veyisli kəndi ərazisində rayon sakini S.Quliyevin idarə etdiyi "KamAZ” və Tərtər rayon sakini R.Əhmədovun idarə etdiyi "VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə R.Əhmədov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.