adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Avqust 2019 12:35
28221
DÜNYA
A- A+

Zərifdən gözlənilməz səfər - Tramp görüşdən imtina etdi

ABŞ prezidenti Donald Tramp "Böyük yeddilik" (G7) ölkələrinin sammiti çərçivəsində İranın xarici işlər naziri ilə görüşdən imtina edib.

Azvision.az "Reuters"ə istinadən xəbər verir ki, Tramp Fransanın Biarrits şəhərində keçirilən sammitdə İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşmək istəmədiyini deyib.

"Çox tezdir" , - deyə Tramp bildirib. Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron Zərifin "G7" sammitinə gəlməsinə razılıq istəyib.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif bazar günü gözlənilmədən Fransada "G7" (Böyük Yeddilik) sammitinin keçirildiyi Biarrits şəhərinə səfər edib.