adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Avqust 2019 11:04
9239
MƏMLƏKƏT
A- A+

ETSN: Restoran və şadlıq saraylarının 95 faizində təmizləyici qurğu quraşdırılıb

İctimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat veriblər. Bildirilir ki, havaya atılan tullantıların azaldılması və normalara cavab verməsi istiqamətində ETSN tərəfindən ictimai-iaşə obyektlərində keçirilmiş monitorinqlərin və təmizləyici qurğuların quraşdırılması məqsədilə görülmüş kompleks tədbirlərin nəticəsi olaraq deyə bilərik ki, artıq restoran və şadlıq saraylarının 95 faizində qurğular quraşdırılıb.

Lakin bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması müşahidə olunduğundan ictimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib.

Monitorinqlər zamanı bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya yenə də normadan artıq tullantı atıldığı məlum olub.

Qurğulara vaxtında texniki xidmətin göstərilməsi, filtrlərin vaxtaşırı dəyişdirilməsi üçün obyekt sahiblərinə xəbərdarlıqlar edilib, icrası məcburi olan "məcburi göstəriş”lər verilib. Monitorinqlər davam etdirilir.