adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Avqust 2019 10:02
6561
HADİSƏ
A- A+

Liftdə qalan 15 nəfər xilas edilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərləri üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 8 müraciət daxil olub.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 azyaşlı olmaqla 15 nəfərin liftdən çıxarılması təmin edilib.