adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Avqust 2019 09:06
29023
DÜNYA
A- A+

Rusiyada kişilərin çatışmazlığı proqnozlaşdırıldı

2036-cı ilə qədər Rusiyanın əksər regionlarının demoqrafiyasında qadınlar kişilərdən üstünlük təşkil edəcək.

"RİA Novosti” xəbər verir ki, bu haqda Rosstatın proqnozunda bildirilir.

Hesabatlara görə, bu il hər min rusiyalı kişiyə 1154 qadın düşür.

Ekspertlər bildirirlər ki, bu göstəricilər ölüm riskinin kişilərdə daha yüksək olması ilə izah olunur.

Rusiyanın 85 regionu arasındayalnız Çukotka istisnadır: burada hər min kişiyə 956 qadın düşür.