Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Liverpul” “Arsenal”ı məğlub edib Adalet.az | “Liverpul” “Arsenal”ı məğlub edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

“Liverpul” “Arsenal”ı məğlub edib

11818    |   2019-08-25 00:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avqustun 24-də futbol üzrə İngiltərə Premyer Liqasında üçüncü turun mərkəzi qarşılaşması keçirilib.

Adalet.az xəbər verir ki, "Enfild” stadionunda "Liverpul” London təmsilçisi "Arsenal” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yurqen Klopun yetirmələrinin heyətində Joel Matip (41) və Məhəmməd Salah (49, 58) fərqləniblər. "Arsenal”ın yeganə qolunu isə 85-ci dəqiqədə Lukas Torreyra vurub.

Ardıcıl üçüncü qələbəsini qazanan "Liverpul” 9 xalla turnir cədvəlinin vahid lideri olub. "Arsenal” isə 6 xalla ikinci yerdədir.




İmza:

“Peres Ronaldonu komandada istəmirdi” - “Real”ın sabiq prezidenti

“Qarabağ” azarkeşlərə görə cərimələndi - UEFA-dan qərar

QURBAN QURBANOV, MƏN ÖLÜM, BU UŞAQLARI AĞLATMAYIN

MİÇEL BİZDƏN OYNASAYDI UDUZMAZDIQ

Azərbaycan gimnastı Olimpiya Oyunlarına vəsiqə qazandı

19 yaşlı hücumçu Çempionlar Liqasında həftənin yaxşısı seçildi

Tamaşaçı: "Azərbaycanda gimnastikanın bütün növləri inkişaf edir"

Hacı Əliyev qalib gəldi - Əmiraslanovdan üzücü çıxış

"Bunu qəbul etməliyik" - Qurban Qurbanov

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançıları mükafatlar qazanıblar - FOTO

Aliyə Qarayeva: Azərbaycanda olan şərait başqa heç yerdə yoxdur

Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK