adalet.az header logo
  • Bakı 20°C
25 Avqust 2019 00:14
25649
İDMAN
A- A+

“Liverpul” “Arsenal”ı məğlub edib

Avqustun 24-də futbol üzrə İngiltərə Premyer Liqasında üçüncü turun mərkəzi qarşılaşması keçirilib.

Adalet.az xəbər verir ki, "Enfild” stadionunda "Liverpul” London təmsilçisi "Arsenal” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yurqen Klopun yetirmələrinin heyətində Joel Matip (41) və Məhəmməd Salah (49, 58) fərqləniblər. "Arsenal”ın yeganə qolunu isə 85-ci dəqiqədə Lukas Torreyra vurub.

Ardıcıl üçüncü qələbəsini qazanan "Liverpul” 9 xalla turnir cədvəlinin vahid lideri olub. "Arsenal” isə 6 xalla ikinci yerdədir.