adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Avqust 2019 21:34
10575
HADİSƏ
A- A+

Qanunsuz yanacaq daşıyan avtomobildə 2 nəfər yandı

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində Nəhbəndan-Zahidan yolunun 43-cü kilometrliyində qanunsuz yanacaq daşıyan "Peugeot 405" markalı avtomobil aşıb.

Adalet.az-ın məlumatına görə, bunu İranın Cənubi Xorasan vilayətinin Nəhbəndan rayonu yol polisi rəisi polkovnik Cavad Şahzehi deyib.

C.Şahzehinin sözlərinə görə, avtomobilin aşması ilə yanğın baş verib.

Polis rəisi əlavə edib ki, yanğın nəticəsində 46 yaşlı sürücü və 16 yaşlı oğlu həlak olublar.