adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Avqust 2019 21:20
20116
KRİMİNAL
A- A+

Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb

Yevlaxda evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 7-də rayon ərazisindəki evlərin birindən 1050 manat və 600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Balakən rayon sakini H.Məhərrəmov və İmişli rayon sakini Ə.Mirzəyev saxlanılıblar.