hacklink Adalet.az | Karateçilərimiz Qara dəniz və Xəzəryanı ölkələrin çempionatında 2-ci pillədədir Adalet.az | Karateçilərimiz Qara dəniz və Xəzəryanı ölkələrin çempionatında 2-ci pillədədir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Karateçilərimiz Qara dəniz və Xəzəryanı ölkələrin çempionatında 2-ci pillədədir

13381    |   2019-08-24 15:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

23-25 avqust tarixlərində Rizədə Qara dəniz və Xəzəryanı ölkələrin növbəti çempionatı keçirilir.

Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, Rizə Qapalı İdman Salonunda yarışın ilk günü mötəbər turnirin təntənəli açılış mərasimi keçirilib. Türk şəhidlərinin xatirəsi sükutla anıldıqdan sonra, İstiqlal marşı səsləndirilib.

Rizə Gənclik və Spor Hizmetleri Spor İl müdiri Mustafa Çelik, Bələddiyyə başkanı Rahmi Metin, Türkiyə Karate Federasiyasının prezidenti Esed Delihasan, Azərbaycan Milli Karate Federasiyasının, həmçinin Qara dəniz və Xəzəryanı ölkələrin karate federasiyaları təşkilatının prezidenti Yaşar Bəşirov çıxış ediblər. Gürcütsan və Moldova Karate Federasiyalarının prezidentləri, o cümlədən Ukrayna və İranın nümayəndələri də tədbirdə iştirak edib.

Açılış mərasiminin bədii hissəsi, yerli folklor qrupunun təqdimatında musiqi və rəqslərlə davam edib.

Mərasimin ardından fəxri qonaqlar, müxtəlif əyarlı medallara sahib olan Azərbaycan karateçiləri də daxil olmaqla, fərqlənən idmançılara müvafiq mükafatlar təqdim ebiblər.

Ertəsi gün yeniyetmə və gənclər, bazar günü isə böyüklər və veteranlar yarışa qatılacaq.

Yarışda 9 ölkədən 57 regionu təmsil edən 159 klubun tərkibində 1404 idmançı iştirak edir.

Nəticələrə əsasən ümumi komanda hesabında Azərbaycan Türkiyədən sonra ikinci pillədədir.



İmza:
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK