adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Avqust 2019 11:07
21872
KRİMİNAL
A- A+

Bakıda 30 yaşlı qadın qohumunun evindən itkin düşüb

Bakıda qadın itkin düşüb.

Adalet.az-ın məlumatına görə, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşayan ailəli, 1989-cu il təvəllüdlü Əsgərova Nuranə Niyaz qızı avqustun 18-də yaşadığı evdən çıxaraq Binəqədi rayonunda yaşayan qohumunun evinə gedib. Qadın 3 gün qohumlarıgildə qalandan sonra avqustun 21-də həmin evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.