adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Avqust 2019 12:52
9371
GÜNDƏM
A- A+

Gürcüstandan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

Gürcüstandan gələn, Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "VAZ-21114" markalı avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual olunub.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altında gömrük nəzarətindən gizlədilən 8 ədəd "Samsung Galaxy S9+" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.