Əbülfət MƏDƏTOĞLU: UZAQLIQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
52107 | 2019-08-26 09:38

İnsanAllahın ən sevimli məxluqudur. Necə deyərlər, onun içində olanları fələk dəbilmir. O qədər sirlər, o qədər qayğılar, o qədər arzular, xəyallar yatırinsanın içərisində ki, onu çözməyə, onu oxumağa bir ömür bəs etmir. Görünür, eləbu səbəbdəndir ki, böyük Səməd Vurğun demiş, "dünya da sirrini sirdaşa”, yəniinsana açmır. Bilir ki, o sirr saxlamayacaq, o hardasa, nə vaxtsa açıb tökəcəkbütün olanları. Və belə olan halda sirr öz mahiyyətini itirəcək, açılıb töküləcəkortaya. Amma...

Budünyada elə insanlar, elə Allah bəndələri var ki, təkcə sirr dünyası deyil, həmdə sirr quyusudu. Onun iç dünyasına nə düşdüsə, o quyuya nə atıldısa, ən güclüişığın altında da görmək mümkün deyil. Ona görə də həmin o sirr quyusununtilsimini öyrənmək, "sim-sim”indən xəbərdar olmaq da çətindi. Hətta kol dibində,qapı arxasında dayanıb dinləsən də, lap "Ələddin” olsan da "sim-sim”i öyrənəbilməyəcəksən. Deməli, sonda yenə yük sənin çiyninə düşəcək və sən öz sirrininqanadı altında xəyallara dalacaqsan. Və bir də baxıb görəcəksən ki, bu sirlidünyanın içi sirr quyusu olan insanlarından birinə çevrilmisən...

Bəli, mənindi tam əminliklə deyə bilərəm ki, ölüm uzaqlıq deyil. Yəni ölməklə uzaqlaşmaqmümkün olmur, əksinə, daha çox yaxınlaşırsan səndən qabaq ölmüşlərə, səndənqabaq köçmüşlərə. Və daha çox da arxada qalanları çəkirsən özünə tərəf, elə bilki, onlara yol açmış olursan. Və sən bu məqamında və bu durumunda ən təmiz bəndəolursan. Heç kim sənə diş qıcamır... heç kim səni qısqanmır... heç kim səndəngiley etmir. Və sən də öz növbəndə heç kimdən gizlənmirsən, daldalanmırsan,ehtiyatlanmırsan!.. Axı sən ölmüsən. Və deməli, sənin heç kimdən çəkinən yerin,heç kimdən gizlənmək amacın yoxdu. Sən Sənsən! Və mən də sənin sənolduğunu indi daha çox anlayıram. Çünkisən məndən danışırsan, səndən uzaqlaşmış birindən... Özü də o qədər rahat,arxayın danışırsan ki, sanki heç əvvəlki insan deyilsən. Danışığında nəqısqanclıq var... nə çəkinmək var... nə kimdənsə ehtiyatlanırsan... nə dəağlına gətirmirsən ki, kimsə bu söhbəti eşidib ona don geyindirər... Birlikdə gəzdiyimizyerlərdən, yaşadığımız anlardan, xoş təəssüratlı məqamlardan... Bax, sən indiözünsən. Axı sən heç vaxt özün olmamısan. Qarşında heç bir sədd yoxdu. Və bu səddinolmaması da sənin özün olman üçün böyük bir meydan açıb - azadlıq meydanı, özünüifadə etməkmeydanı!..

Hə,baxıram... Özümün olduğu dünyadan baxıram. Görürəm ki, hər şey nöqtəsinə,vergülünə kimi elə pıçıldayır, elədanışırsan ki, elə bil hansısa kitabdan bir səhifə oxuyursan... hansısa birnağılı söyləyirsən... İlahi, o nə qədər səmimidi, o nə qədər gerçəkliyi söyləməkdə,etiraf etməkdə qətiyyətlidi. Axı o heç vaxt belə olmayıb - həmişə kimsə görərdeyib, kimsə eşidər deyib. Və hətta mənim sevgi pıçıltılarıma, sevgi yazılarımabir az sərt yanaşıb. O qədər açıq-saçıqlıq olmaz deyib. Amma indi özü danışır,özü söyləyir... Və deməli, mənim yoxluğum, mənim uzaqlaşmam onun rahatlığı,onun sərbəstliyidi, sevgimin azadlığıdı. Və:


Yoruldumbitməyən dərddən,

Bu ölübitməyən dərddən...

Uzağagetməyən dərddən –

Bəs mənnecə uzaqlaşım?!


İçimdəsöylənib durdum

Kimidim? – öyrənib durdum.

Mən qəmigöy dərib, durdum –

İndi necəuzaqlaşım?!


Qoymadımgünüm gün olsun

İstəyimdönüb kin olsun...

Allah,kaş yuxum çin olsun –

Qoşbir köçə uzaqlaşım...


Külaltda közüm ağlasın

Dilaltda sözüm ağlasın...

Özümüözüm ağlasın –

Bir"heç-heçə” uzaqlaşım...


Deməli,uzaqlaşmaq və çıxıb getmək, elə çıxıb getdiyin yerdə də özünü yenidən tapmaqmümkündü. Mən bunu əminliklə vurğulayıram. Ona görə ki, köçənlər, gedənlərhamısı öz dəqiq ünvanlarındadılar. Onların söz, söhbəti, sevgisi, nifrətiaşkardı. Hər yerdə, hər məqamda danışılır və bundan da kimsə çəkinib üzülmür.Bax, bu mənada sən indi özünə bir də yaxşı bax. Onda görəcəksən ki, sənin dərahat, qayğısız günlərin yaxınlaşmaqdadır. Uzaqlaşan mən əslində sənə tamyaxınlaşmaqla sənə həm də özünü qaytarıram, çəkinməyən, sıxılmayan üzülməyənözünü!

***

Düşüncələryaxamdan tutub məni hara çəkir çəksin, indiki anda mənim ruhuma da, ağlıma dahakim olan bir məqam var. Mən hələ də üz tutduğum uzaqlıqdan geriyə boylanıramvə görürəm ki, səninlə üzbəüz dayanmışam. Danışırıq, görüşürük, kimlərisəmövzumuzun qəhrəmanı edirik, kimlərisə xatırlayırıq, amma bircə sevgimizdəndanışmırıq. Çünki ondan danışmaq sənin üçün boş şeydi... səni rahatsız edir...səni guya ki, hər kəsə tanıdır... Ammabu sənin öz yaratdığın və bütün cəhdinlə qoruyub gizlətdiyin sirli dünyanıngözlərdən uzaq tutulması üçündür. Mən isə əksinə, haqdan gələnin, haqqın ürəyimə,ruhuma səpdiyi sevginin hər kəs tərəfindən görünməsini çox istəyirəm.Çünki o, bir varlığın içərisindəki başqabir varlığın mövcudluğu deməkdir... Bu bir ürəyin içində ikinci ürəyin özəldünya sahibinə çevrilməsidi. Belə olan halda niyə də onu gizlədim, niyə də onugörünməsinə problem yaradım?!

Bu yerdəruhumun səsini eşidirəm. Və o səs mənə yazdığım misraları pıçıldayır.


Sönənbir işıq üçün

Kipriklərinisıxma...

Xəyalındaqurduğun -

Yolunsonuna çıxma...


Getsənözünlə birgə

Sevginidə apar, get

İçindəkiümidi –

Tozolmaqdan xilas et!


Sadəcədodağının

Ucundabir ad göyərt...

Hər dəfəo adı de –

Və ürəyinikövrəlt...


İnsaniduyğuların, bəşəri hisslərin sərhəddi olmur deyirlər. Amma insan bir çoxhallarda özü öz hisslərinə, duyğularına, hətta dilinə sərhəd qoyur. Danışmaqistədiyini danışmır, demək istədiyini söyləmir, hissləri, duyğuları gözü yolda,gözü yaşlı qoyur. Və beləcə, həm də yarı yolda saxlayır. Təbii ki, bu da ona ürəkbahasına başa gəlir. Ürək ağrısına, ürək sınmasına səbəb olur. Amma o,yolundan, dediklərindən dönmür. Çünki o həm sirli quyudu, həm də sevgiTanrısının qulu. Deməli, burda bir yol qalır. O yolun da müşayətçisi xəyaldı.Sevən ürək, sirli ürək xəyallara sığınır... Onun qanadlarında özünə rahatlıqtapır. Özü özüylə danışır və deyir:


Biranlıq xəyalından

Gəlibkeçsəm ürpənmə...

Durduğunyerdə dayan –

Göz dəqırpma, tərpənmə...


Mən oyerə Pir! – deyib

Ömrümü sərdimüstə...

Möcüzə,həm sirr! deyib –

Şeh səpdimdərdim üstə...


Ümidhopmuş göz yaşı

Məni səndəqurutdu...

Səndənqopan qığılcım –

Gözlərimidurultdu...


İçimdəkison ümid

Alıb mənigötürdü...

Durduğunyerə qədər –

Xəyal məniötürdü...


***

Bəli, məngəldiyim qənaətin təsiri altında olmağıma baxmayaraq, yanılmadığımı düşünürəm.Bu qənaətin də mahiyyəti, necə deyərlər, əti, qanı olanı olduğu kimi görüb qəbuletməkdi. Tutaq ki, mən sənin gözlərinin özündə xəyalən yox, gerçəklik kimi,olduğun kimi gəlib dayanmaq istəyirəm. Bu anda hər kəs də məni görüb təəccüblənsəbelə, görüb qəbul etmək zorunda qalacaq.Axı mən nə ilğımam, nə də kölgə!..Mən səndə özünü tapmış bir Allah bəndəsi. Sən isə məndə özünü itirmiş birehtiyatlı, çəkingən, etiketləri şişirdən və onun qanadı altında kölgələnən,gizlənən, qorunan bir bəndə...

Budünyada təkcə qurub-yaratmaq, əl tutmaq, haya çatmaq, dəstək vermək hər şeydeyil. Bu dünyada həm də sevib sevilməlisən. Onda tam olursan, bütöv olursan,mükəmməl olursan. Və mən əlimi ürəyimin üstünə qoyub and içə bilərəm ki,Allahın yaratdığı bütün bəndələr sevirlər. Sadəcə onlar sevgiləri xırdalayıbbölürlər ailəyə, uşağa, mala pula, peşəyə, həyatın özünə, dağa, daşa... Amma buböldüklərinin hamısını etiraf edən, dilinə gətirən Allah bəndəsi olan – istərqız olsun, istər oğlan, istər qadın olsun, istər kişi çəkinmədən demir ki, mənfilan qızı sevirəm, mən filan oğlanı sevirəm. Hətta özünü elə göstərir ki, guyao sevgiyə laqeyddi. Amma xəyalındakı, yuxularındakı, hətta ürəyindəki sevgiünvanıyla keçirdiyi anlar onun ömrününqızıl zaman kəsiyidir. O məhz o zaman kəsiyində dünyanın ən xoşbəxt bəndəsidi.Çünki o sevir! Çünki onu sevirlər!

Deyəsənsöylədiklərim sizdə bir çaşqınlıq yaratdı. Çünki yazımın adı "Uzaqlaşma”dı. Vəyazımın girişində də vurğulamışam ki, ölmək uzaqlaşmaq deyil. Və bu fikriminüstünə yenidən qayıdıram. Gəlin razılaşın ki, bu dünyada ölümlə və yaxud ölməklənədənsə xilas olmaq istəyi reallığa çevrilmir. Axı ölən cismdi. Ruh isəyaşayır. Deməli, mənim sevgim də ruhumun sarıldığı ünvandı. Onu yaşamına qadağaqoya bilməzsən. Amma tam səmimi deyim, eşit və istəsən də inan:

- Danışsevgimizdən... danış xəyallarımızdan... danış yaşadıqlarımızdan... Onlar sənəsıxıntı gətirməyəcək. Və unutma ki, mən hər gün uzaqlaşa-uzaqlaşa sənə daha çoxyaxınlaşıram. Və hətta bir şeirimdə yazmışam ki:


Xəyalımdanə varsa

Üst-üstəçinləyirən...

Özümlədanışanda –

Səni dədinləyirəm...


İçimdəkisükütu

Bağrınyardı pıçıltın...

Nəsədüşdü yadına –

Nə üçünsəhıçqırdın...


Çaşdım,yaşadıqlarım

Həm gerçəkdi,həm nağıl...

Bunlardanbaş açmağa –

Qoymadınməndə ağıl!..


...Ayrılıqlara tərs sillədi sevgi... Ayrılıqlar üzərində qələbədi sevgi... Bupafoslu, amma içdən gələn fikrin mahiyyəti elə bizim hər birimizdə özünü təsdiqləyibdi. Yol gözləməyimizlə,yola salmağımızla, birgə həyatımızdakı qarşılıqlı diqqətimizlə və bir-birimizüçün yaşamağımızla...

Siz mənəbənd olmayın. Yazdıqlarım xəyallarım deyil, heç düşündüklərim də deyil.Yazdıqlarım yaşadıqlarımdı, yaşamaq istədiklərimdi. Bax, bu yaşadıqlarıma,yaşamaq istədiklərimə yolun uzaqlaşmaqdan keçdiyini son günlər daha yaxşı dərketməyə başlayıram. Anlayıram ki, ölüm – uzaqlaşmaq bizi daha çoxyaxınlaşdıracaq. Bu yaxınlıq üçün nə lazımdırsa, nə etmək gərəkdirsə, mən ondançəkinmirəm. Sizi deyə bilmərəm... Seçim özünüzündü...


TƏQVİM / ARXİV