Şeyxülislam – Sülhün Səfiri

ETİBAR CƏBRAYILOĞLU
58140 | 2019-08-23 10:24

Elə insanlar var ki, onlar təkcə doğulduqlarıelin-obanın deyil, bütün dünyanın fəxrinə çevrilə bilirlər. Qafqaz Müsəlmanlarıİdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, MDB Müsəlman DiniLiderlərinin Məşvərət Şurasının və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, BakıBeynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş katibi,Beynəlxalq Fiqh Təşkilatının, Beynəlxalq Dinlərarası və MədəniyyətlərarasıDialoq Mərkəzinin Direktorlar Şurasının, Ümumdünya Sülh Şurası RəyasətHeyətinin, İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının, UNESCO yanında DinXadimlərinin Məşvərət Şurasının üzvü, Şeyxülislam Allahşükür Paşazadə məhz belətarixi şəxsiyyətlərdəndir.

Mürəkkəb situasiyaların adamı

Rəsmi titullarını tam sadalamadığımız AllahşükürPaşazadə 1823-cü ildə təsis edilən Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin-bu gün dünyada Qafqaz Müsəlmanları İdarəsi kimi tanınan nüfuzlu dini mərkəzin sayca12-ci Şeyxülislamıdır. Şeyxülislam həzrətləri bu mühüm vəzifəyə 1980-ci ildəseçilib. Bütün dinlərə müharibə elan edən kommunist rejimi həmin dövrdə məscidvə kilsələrə, nüfuzlu ruhanilərə qarşı amansız repressiyalardan yorulsa da dinitəsisatlara ciddi nəzarəti əldən verməmişdi. İslam dininə bağlığı ilə seçilənAzərbaycanda cəmi 17 məscidin və bir ziyarətgahın-Gəncədəki "İmamzadə”nin rəsmifəaliyyət göstərməyə icazəsi var idi. Belə bir vaxtda Şeyxülislam məqamınaseçilən Qafqazın gənc dini rəhbəri maneə və qadağalara baxmayaraq bilik vəbacarığını ortaya qoyaraq qısa müddətdə mühüm işlər görə bildi. Onunuzaqgörənliyi, əzmkarlığı sayəsində 1989-cu ildə Bakı İslam Mədrəsəsi yaradıldıvə gələcək müstəqil Azərbaycan, eləcə də Qafqaz üçün dini kadrlarınhazırlanması yolunda ilk addımlar atıldı. 1991-ci ildə Moskvanın təzyiqlərinərəğmən həmin mədrəsənin bazasında Bakı İslam İnstitutu təsis olundu.

QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadəninkeçdiyi çətin və şərəfli yolu araşdıran tədqiqatçılar 1990-cı ilin 20 Yanvarhadisələri zamanı onun tutduğu prinsipial mövqeyə xüsusi diqqət ayırırlar. Buda səbəbsiz deyil, dövlət müstəqilliyini və suverenliyini bərpa etməyə çalışanAzərbaycan xalqı həmin günlərdə sovet ordusunun misli görünməyən vəhşiliyinəməruz qaldı. Yüksək vəzifə tutan şəxslər, hakim partiyanın yerli rəhbərləri Qırmızıordunun tankları Bakıya daxil olmazdan əvvəl qaçıb gizləndiyindən dövlətidarəçiliyi iflic olmuşdu. Belə bir mürəkkəb situasiyada məhz gənc ŞeyxülislamAllahşükür Paşazadə önə çıxaraq dini lider kimi xalqımızı qəsbkarlara qarşıbirləşdirə bildi. Şanlı tariximizdə xüsusi bir səhifə olan 20 Yanvarhadisələrindən 30 ilə yaxın bir müddət keçir, Şeyxülislam həzrətlərinin faciəgünlərində nümayiş etdirdiyi müdriklik və qətiyyət, haqq səsimizin dünyayaçatdırılması üçün atdığı addımlar qədirbilən xalqımız tərəfindən ehtiramla qeydedilir. Günahsız insanlara qarşı amansızlığın birbaşa baiskarı M. Qorbaçovaünvanladığı müraciət bu gün də öz siyasi əhəmiyyətini itirməyib: "... Yanvarın19-dan 20-nə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç birölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanınaboyanmışdır. Bunların arasında uşaqlar, qocalar və qadınlar vardır. Tanklarıntırtılları altında qalmış, pulyemyot və avtomatlarla deşik-deşik edilmişcəsədlər insanı dəhşətə gətirir. Bir dövlət başçısı kimi sizin imzanızlatörədilən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz...

...Bilin ki, bu faciə ilə bağlı əsl həqiqəti dünyaictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Bir dövlət ki,imperiya hökmranlığı niyyəti ilə millətlərarası çaxnaşmanı aradan qaldırmaqəvəzinə, onu daha da qızışdırır, bir dövlət ki, öz ordusunu öz vətəndaşınınqatilinə çevirir, bir dövlət ki, öz adamlarına layiqli güzərandan daha çoxölmək hüququ verir, belə bir dövlət ancaq nifrətə layiqdir...

... Bütün Azərbaycan xalqının iradəsini ifadəedərək mən, Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələbedirəm. Heç bir xalqla, həmçinin azərbaycanlılarla silah gücüylə danışmaqolmaz. Bu 10 gün, Əfqanıstandakı kimi 10 il davam edə bilər. Amma gec-tezədalət və haqq işi qələbə çalmalıdır. Allah-Təalanın izni ilə bu haqq işiAzərbaycanda qalib gələcəkdir. Qoy Allah-Təala bu fəlakəti mənim xalqımınbaşına gətirənləri, bu işə rəvac verənləri zəlil etsin...”

Şeyxülislamın rəsmi iqamətgahı sayılan Təzəpirməscidi Qanlı Yanvar günlərində ümummilli bir qərargaha çevrilmişdi. İdarərəsmiləri, din xadimləri, Bakı İslam Mədrəsəsinin tələbələri 40 gün böyük birfədakarlıqla çalışır, şəhidlərimizin islami qaydalara uyğun dəfn olunmasındayaxından iştirak edir, yaralılara baş çəkir, maddi yardımların şəhid ailələrinəçatdırılmasına çalışırdılar.

İşğalçı ordunun qətlə yetirdiyi insanların bu günŞəhidlər Xiyabanı kimi tanıdığımız ərazidə dəfn edilməsini və şəhidlərimizləvida mərasimində sovet ordusu əsgərlərinin şəhər küçələrində görünməməsini Şeyxhəzrətləri o zamankı müdafiə naziri Yazovdan tələb edir. Marşal dini liderintələbi qarşısında geri çəkilməyə məcbur olur.

Sovet ordusunun Bakını üzük qaşı kimi mühasirəyəaldığı həmin ağır günlərdə Şeyxülislamın cəsarətli müraciəti SSRİ rəhbəri Qorbaçovuvə onun siyasətinə haqq qazandırmağa çalışan digər cəlladları ittiham edən vəhaqq səsimizi bütün dünyaya yayan ilk sənəd oldu. Dini liderinin ətrafındabirləşməklə tarixin sınağından üzüağ çıxan Azərbaycan yenidən öz dövlətmüstəqilliyini bərpa etdi. Allahşükür Paşazadəyə həm sovet zamanında, həm dəmüstəqillik dövründə Şeyxülislam kimi fəaliyyət göstərmək nəsib oldu.

Ölkəmizin ilk beynəlxalq təşkilata- nüfuzlu İslamƏməkdaşlıq Təşkilatına üzv qəbul olunmasında da Şeyxülislam həzrətlərininmüstəsna rolu var, 1991-ci ilin dekabrında o zaman İslam Konfransı Təşkilatıadlanan bu qurumun Dakardakı Zirvə toplantısında məhz QMİ sədrinin qətiyyətlimövqeyi və uzaqgörənliyi sayəsində Azərbaycan təşkilatın üzvlüyünə qəbuledildi.

Şərəfli tarixi olan Qafqaz Müsəlmanları İdarəsinəaid sənədlərin Gürcüstan Dövlət Arxivindən ölkəmizə gətirilməsi kimi çətin, həmdə çox vacib məsələnin reallaşmasında Şeyxülislamın nüfuzu və fədakarlığı mühüm roloynadı.

Elm adamı

12-ci Şeyxülislam təkcə dini rəhbər kimi deyil, həmdə elm adamı kimi Azərbaycanda və dünyada böyük nüfuza malikdir. QMİ sədri1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmidərəcəsi alan ilk din xadimi olaraq da ölkə tarixinə düşüb. Şeyxülislamhəzrətləri İslam tarixi və mədəniyyəti üzrə Azərbaycanda araşdırmalar aparan ilk tarixçi-islamşünasdır.

Onun "Qafqazda İslam”, "İslamda ümmət və şüubilik”,"Quranın təfsiri və tərcüməsi tarixi”, "Qurani-Kərimin ilahi hökmləri vəöyrənilməsi tarixi”, "İslamda şəhidlik”, "Qurani-Kərimin ecazkarlığı”,"Qurani-Kərimdə insan təbiəti”, "Milli münasibətlər və din” əsərləri bu günsanballı elmi mənbə sayılır.

Şeyxülislam həzrətləri ali təhsilimizin 100 yaşlıflaqmanı Bakı Dövlət Universitetinin professoru, Prezident yanında AliAttestasiya Komissiyasının Ekspert Şurasının üzvüdür. Məhz ŞeyxülislamAllahşükür Paşazadənin təşəbbüsü ilə 1997-ci ildə QMİ-də tanınmış elm və dinxadimlərindən ibarət Elmi-Dini Şura yaradılıb. QMİ sədri savadlı, müstəqildövlətimizin yeritdiyi din-dövlət siyasətinə töhfə verə bilən din xadimlərininhazırlanmasına daim diqqət ayırır, QMİ-də din xadimləri üçün təkmilləşdirməkursları, attestasiyalar təşkil olunur.

2015-ci ildə məhz dini liderin təşəbbüsü vəxeyir-duası ilə Azərbaycan Milli Elmlər Akademiyası və Qafqaz Müsəlmanları İdarəsibirgə "İslam maarifçiliyi və müasir dövr” mövzusunda Beynəlxalq elmi-konfrans keçirib.

Gərgin iş qrafikinə baxmayaraq Şeyxülislam həzrətləritez-tez dünyanın müxtəlif ölkələrində keçirilən elmi konfrans və sessiyalardaçıxış edir. Siyasi və dini baxımdan həssas ərazidə yaşayan Qafqaz xalqları onahəm dini lider, nüfuzlu ağsaqqal, həm də alim kimi həmişə böyük hörmətləyanaşırlar.

Barış adamı

Dini lider, görkəmli ictimai xadim AllahşükürPaşazadənin mürəkkəb regionumuzda və eləcə də dünyada sülhün, sabitliyinqorunması üçün gördüyü işlər ölçüyəgəlməzdir. Şeyxülislam həzrətləri siyasimünaqişələrdə dindən alət kimi istifadənin yolverilməz olduğunu dəfələrlə bəyanedib, islamafobiyanın, ksenofobiyanın, antisemitizmin bütün bəşəriyyət üçüntəhlükə olduğunu bildirib. Qafqazın dini lideri bütün çıxışlarında, dövlətrəhbərləri ilə görüşlərində xalqımızınən böyük problemi-Qarabağ məsələsi barədə danışır, Ermənistanın işğalçılıqsiyasətini, dini abidələrə qarşı vandalizm hərəkətlərini pisləyir, Azərbaycan həqiqətlərini dünyaictimaiyyətinə çatdırır. Şeyxülislam həzrətləri ən yüksək tribunalardan dəfələrləbildirib ki, xalqımız regionda və dünyada sülhə təhdid olanErmənistan-Azərbaycan Dağıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalqhüquq normalarına uyğun və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllolunmasını istəyir.

Bütün dünyada barış adamı kimi tanınan ŞeyxülislamAllahşükür Paşazadə sülhün, sabitliyin qorunmasına verdiyi töhfələrə görəmüxtəlif ölkələrin ali orden və medalları ilə təltif edilib.

Son illər Azərbaycan dünyanın mənəvi mərkəzi kimitanınır, multikulturalizmin və tolerantlığın nümunəvi modelinin təşviqinəçalışır. Ölkəmizin bu sahədə əldə etdiyi uğurlarda QMİ sədrinin danılmazxidmətləri var. Şeyxülislam həzrətləri dinlər və sivilizasiyalararası dialoquninkişafı ilə bağlı Azərbaycanın oynadığı mühüm rolu dünyanın hər yerində yorulmadantəşviq edir, istər Bakıda, istərsə də müxtəlif ölkələrdə konfrans və forumlarkeçirir. Paytaxtımızda təşkil edilən Dünya Dini Liderlərinin Bakı Sammitində,MDB Müsəlmanları Məşvərət Məclisinin II iclasında, "MDB müsəlmanları sülh vəstabil inkişaf tərəfdarlarıdır”, "Dini tolerantlığın möhkəmləndirilməsi”(Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar), "Qafqazda dini tolerantlıqənənəsi və Azərbaycanın multikulturalizm modeli”, "İslam həmrəyliyi zamanınçağırışıdır”, "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası”mövzularında keçirilən beynəlxalq konfranslarda dünyaya mühüm mesajlar verilib.

Son illər Şeyxülislamın təşəbbüsü ilə İspaniya,Almaniya, Avstriya, Türkiyə, Finlandiya, İsveçrə, Rusiya və digər ölkələrdəyüksək səviyyədə təşkil edilən beynəlxalq konfrans və forumlarda Azərbaycanreallıqları, ölkəmizin dinlər və sivilizasiyalararası dialoqa verdiyi töhfələrtəşviq olunub.

Bu il QMİ sədri Allahşükür Paşazadənin 70 yaşı,Şeyxülislam məqamına seçilməsinin 40 illiyi tamam olur. Ölkə prezidenti İlhamƏliyev hər iki əlamətdar hadisənin təntənəli şəkildə qeyd edilməsi və yubileytədbirləri çərçivəsində Dünya Dini Liderlərinin II Bakı Sammitinin keçirilməsiilə bağlı sərəncamlar imzalayıb. Dövlət başçısı həmişə olduğu kimi, yubileyləbağlı sənəddə də Qafqazın dini rəhbərinin şəxsiyyətinə və fəaliyyətinə böyükdəyər verib: "...Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdəmənəvi-əxlaqi dəyərlərin, və milli həmrəyliyin bərqərar olması yolunda səmərəlifəaliyyət göstərib. Yaxın tarixin keçmişimizdə xalqımızın yaşamış olduğutaleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksəkvətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirib. Ölkəmizdə beynəlxalqhüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslan dövlət-dinmünasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinəçatdırılması və təbliği sayəsində səmərəli xidmətlər göstərməkdədir”.

İnanırıq ki, Şeyxülislamın yubiley tədbirləriyüksək səviyyədə keçiriləcək, noyabrın 14-də öz işinə başlayacaq Dünya Dini LiderlərininII Bakı Sammiti ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsisahəsindəki aparıcı mövqeyini daha da gücləndirəcək, Azərbaycan həqiqətlərinintəbliği və təşviqinə vəsilə olacaq.

Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV