adalet.az header logo
  • Bakı 12°C
22 Avqust 2019 18:05
26067
İDMAN
A- A+

"Qarabağ" fransalı hücumçuya 1,4 milyon manat verəcək

"Qarabağ"ın bu yay heyətinə qatdığı Maqaye Qeyenin maaşı açıqlanıb.

Adalet.az fanat.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu fransalı hücumçuya illik 420 min dollar (714 min manat) maaş verəcək. 29 yaşlı futbolçu 2 illik sözləşmə imzalayıb və bu müddətdə o, 840 min dollar (1 milyon 428 min manat) qazanacaq.

Qeyd edək ki, Maqaye Qeye "Qarabağ"a Türkiyənin "Osmanlıspor" klubundan transfer olunub. "Transfermarkt"ın məlumatına görə, türk klubu bu keçiddən 290 min avro (493 min manat) qazanıb. O, "Qarabağ"ın heyətində keçirdiyi 3 oyunda 1 qol vurub.

Maqaye Qeye əvvəllər ərzində Fransanın "Strasburq", "Brest", İngiltərənin "Everton", "Milluoll" və Türkiyənin "Adanaspor" klublarının formasını geyinib.