adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Avqust 2019 17:12
14353
MƏMLƏKƏT
A- A+

Şamaxıda yanğın - FHN helikopter göndərdi

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Adalet.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 64 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.