adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Avqust 2019 16:23
12636
GÜNDƏM
A- A+

Əli Əhmədov süni qiymət artımından şikayətləndi - YENİLƏNİB

Burada xidmətlərin səviyyəsi və keyfiyyəti bir-birindən fərqlənir. Bütün bunların hamısı müsbət haldır. Eyni zamanda, bizi maraqlandıran əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda məhsul bolluğu əsasında məhsulun qiymətinin mümkün qədər aşağı salınması təmin edilsin. Biz istəyirik ki, "tarladan-süfrəyə"zəncirində iştirak edən hər iki tərəf – fermer də, istehlakçı da məmnun qalsın.

Bunu Baş nazirin müavini Əli Əhmədov "Yaşıl bazar"da qiymətlərlə maraqlanarkən dilə gətirib.

Onun sözlərinə görə, fermerlər istehsal etdikləri məhsulları müvafiq qiymətə sata bilməlidirlər ki, bununla ailə büdcələrini formalaşdırsınlar:

"Digər tərəfdən isə istehlakçı üçün də məhsulun qiyməti əlverişli olmalıdır".

Əli Əhmədov əhalinin müxtəlif təbəqələrinin ehtiyaclarının ödənilməsi üçün müxtəlif səviyyəli xidmətlər və məhsulların təklif edildiyini, eləcə də, yüksək qiyməti olan məhsullara rast gəlindiyini deyib:

"Biz məhsulların qiymətində müşahidə etdiyimiz fərq barədə də düşünməliyik. Xüsusilə bazardakı məhsullarla yarmarkadakı məhsulların qiyməti arasında çox böyük fərq nəzərə çarpır. Hökumət bunun üzərində ciddi şəkildə düşünməlidir.

Biz qiymət artımının qarşısını bolluq yaratmaq yolu ilə almalıyıq. Kimsə qiyməti süni şəkildə artırmağa çalışarsa, hökumət iqtisadi tədbirlər görməlidir. Ən təsirli tədbirlərdən biri o ola bilər ki, satış mərkəzlərinin və vasitəçi mərkəzlərin sayı artırılsın.

İnsanlara xidmət göstərən satış mərkəzləri, habelə fermerdən məhsulu alıb bu mərkəzlərə çatdıran vasitəçilərin sayı nə qədər çox olarsa, qiymət də lazımınca tənzimlənər".

14:33

Kənd Təsərrüfatı naziri İnam Kərimov və Baş nazirin müavini Əli Əhmədov "Yaşıl bazar"da qiymətlərlə maraqlanıblar.

Baş nazirin müavini Əli Əhmədov bazarda süni qiymət artımından danışıb.

O, bildirib ki, bazarda satılan məhsulların qiyməti süni olaraq bahalaşdırılıb:

"Qiymətləri endirmək lazımdır. Yayın ortasında iki manata kartof olmaz".