adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Avqust 2019 14:55
25970
ƏDƏBİYYAT
A- A+

XOŞBƏXTLİYİNİ SUMQAYITDA TAPAN ADAM

- Seyfəddin müəllim öncə sizi 70 yaşınızın tamam olması münasibəti ilə təbrik edir, uzun ömür arzulayırıq. Sizin ömür yolunuz Sumqayıtla bağlıdır, bu şəhərə gəlişinizi, Sumqayıt, sumqayıtlılar haqqında ilk təəssüratınızı necə xatırlayırsınız. Mümkünsə keçdiyiniz ömür yolu haqqında məlumat verəydiniz.

- Mənmuniyyətlə mən 1949-cu il avqust ayının 19-da Naxçıvan MR. Ordubad rayonunun incisi sayılan Üstüplü kəndində anadan olmuşam. Burada səkkizillik məktəbi, Culfada orta məktəbi bitirib 1966-cı ildə Sumqayıta gəlmişəm. Üzvi Sintez zavodunda, Boru-yayma zavodunda işləmişəm. 1970-1972-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşam. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən Boruyayma zavodunda əmək fəaliyyətinə başlamışam. İşləyə-işləyə Naxçıvan Pedaqoji İnstitunun filologiya fakültəsini bitirmişəm.

1977-ci ildə Boruyayma zavodunda zavod Komsomol komitəsində müavin-katib vəzifəsinə seçilmiş, 1982 – ci ilədək bu vəzifədə işləmişəm. Onu qeyd edim ki, Boruyayma zavodu Raykom hüquqlu zavod idi.

1987-ci ildə Sumqayıt şəhər XDS-nin işə düzəltmə bürosunda şöbə müdirinin müavini işləmişəm.

1989-cu ildən Şəhər partiya Komitəsində təlimatçı və digər vəzifələrdə çalışmışam.

1993- cü ildən Sumqayıt şəhər İcra hakimiyyətində Ərazi İdarəetmə Orqanları işi üzrə şöbənin müdiri, 1995-ci ildən şəhər icra Hakimiyyəti başçısının müavini vəzifəsinə irəli çəkilmişəm.

2000-ci ilin iyul ayından sentyabr ayınadək Şəhər İcra Hakimiyyət başçısının köməkçisi işləmişəm. 22 noyabr 2007 – ci ildən yenidən Şəhər İcra Hakimiyyəti ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinə müdir təyin olunmuşam.

Azərbaycan Respublikası prezidenti cənab İlhm Əliyevin Sərəncamı ilə "Tərəqqi” medalı və 1-ci dərəcəli "Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşam. Bundan əlavə komsomolun mərkəzi komitəsi tərəfindən iki dəfə fəxri diplomla təltif olunmuşam. Ailəliyəm üç övladım, altı nəvəm var. Hazırda təqaüddəyəm .

- Sumqayıt gənclər şəhəridir – bu ifadə hamıya yaxşı tanışdır. Sumqayıtın ilk qurucuları – inşaatçılar, kimyaçılar metallurqlar bu şəhəri böyük həvəslə, inamla, sevgiylə yaradıblar. O, illərdə siz də şəhərin ən böyük müəssisəsində - Azərbaycan Boruyayma zavodunda gənclər təşkilatına rəhbərlik etmisiniz. O illər üçün heç darıxırsınızmı?

- O illər artıq arxada qaldı, xatirəyə döndü. Keçəni qaytarmaq olmur. Bir mahnıda deyilir- Keçən günlərimi qaytaraydılar

Gələn günlərimi qurban verərdim.

Bu sizin suala tam dəqiqliyi ilə cavabdır.

Boruyayma zavodunda 4 mindən çox, gənc çalışırdı. Həyat qaynayırdı. Hamı qurub yaratmaq həvəsi ilə yaşayırdı. Tədbirlərimiz çox olurdu. Zavod sanki trampilin idi. Bizim zavodun partiya komitəsinin katibi Ramazan Bədirov Qusar rayon partiya komitəsinə 1-ci katibi, Zavod komsomol komitəsinin katibi Seyfəddin Həsənov Xaçmaz rayonuna prokuror təyin olundu.

- Ulu öndər Heydər Əliyev Sumqayıtın inkişafı, insanların rifahının yüksəlməsi məsələlərinə həmişə xüsusi diqqət ayırırdı. 70-80-ci illərdə Sumqayıtın sürətli iqtisadi, sosial-mədəni inkişafı Heydər Əliyevin adı ilə sıx bağlıdır...

- Sumqayıt şəhəri ulu öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin arzularının reallaşdığı şəhərdir. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə 16 dəfə Sumqayıtda olub. Sumqayıtda kimyanın, metallurgiyanın, inşaatın inkişafı onun adı ilə bağlıdır. Ulu öndər həmişə Sumqayıta diqqət və qayğı göstərib. Bu diqqət və qayğını bu gün ölkə prezidenti cənab İlham Əliyev göstərir.

Respublika iqtisadiyyatında xüsusi çəkisi olan Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərini miqyasını davamlı olaraq genişləndirir. Son illərdə olan inkişaf Sumqayıtın simasında aydın müşahidə olunur. Bu gün Sumqayıt ölkənin ən böyük şəhərlərindən biri olaraq Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikada yüksək dinamizmə əsaslanan tərəqqi və yüksəlişin əsas ünvanlarından birinə çevrilib.

- Siz Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini işləmisiniz, hazırda təqaüddəsiniz. Mümkünsə bir neçə kəlmə də Sumqayıtda son illər intensiv şəkildə aparılan quruculuq-abadlıq işlərindən doğma şəhərin simasının tamamilə dəyişməsi haqqında danışardınız...

- Azərbaycanın əsas sənaye mərkəzi olan Sumqayıtın qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi bu şəhərə də Prezident İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğıdır. İlham Əliyev 20 dəfədən çox Sumqayıtda olub. Hər dəfə Sumqayıta gəlişi bir neçə sosial obyektin açılışı ilə nəticələnib.

Fevral ayının 18-də prezidentin Sumqayıtda olarkən demişdir: - əvvəllər Sumqayıtdakı mənzərə çox acınacaqlı idi. İndi Sumqayıt çox gözəlləşib. Əvvəlki illərdə olan toz-dumana, havanı çirkləndirən bəzi müəssisələrin fəaliyyətinə son qoyulub. Yeni müəssisələr tikilib və bunlar ən yüksək ekoloji standartlara cavab verir. Minlərlə evin dam örtüyü dəyişib, yollar, liftlər, həyətlər təmir olunub. Bu gün Sumqayıt göz oxşayır.

- Sumqayıtın yaşıdı olan Seyfəddin müəllim öz həmyaşıdı Sumqayıta nə arzulayırdı?

- Mənim həyatım bütünlükdə Sumqayıta bağlıdır. Xoşbəxtliyimi burada tapan adamam. Sumqayıt elə-belə yaranmayıb. Onu yaradanlar olub. Bu gün də Sumqayıtı yaradanlar var. Mən səmimiyyətlə demək istəyirəm ki, Zakir Fərəcov Sumqayıta İcra Hakimiyyətinin başçısı təyin olunanda sumqayıtlılar uddu. İşi bacarana tapşıranda hər şey yaxşı olur. Zakir Fərəcovun gördüyü işləri cənab Prezident bəyənir, dəyərləndirir. Hər şeyi qoyuram qırağa. Bircə dəfə Sumqayıt bulvarına gəlmək oranı görmək kifayətdir. Cənab prezident Sumqayıt bulvarını möcüzə adlandırır. Əslində bu möcüzəni Zakir Fərəcov yaradıb. Özü üçün yox, sumqayıtlılar üçün xalq üçün. Yaradırlar qalır, gələcək nəsillər üçün. Bu gün Sumqayıt bayram-əhval ruhiyyəsi ilə yaşayır, gözəlləşir. Mən öz yaşıdım sumqayıtın bayramını təbrik edir, onun sakinlərinə uzun ömür, xoşbəxtlik arzulayıram.

Söhbəti yazdı: İbrahim Abdullayev