adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ZİYALI ÖLÜRSƏ...

FAİQ QİSMƏTOĞLU
48219 | 2019-08-22 14:49

...Ziyalısız həyat günəşsiz ömrə bənzəyir. Yəni hansı cəmiyyətdə ziyalı yoxdursa,yaxud da azdırsa, o cəmiyyəti birmənalı olaraq zülmət, qaranlıq, cəhalət vənadanlıq ağzına alacaq. Və o cəmiyyətdə istedadlı adamların, millətini vəxalqını sevənlərin yeri səhv düşəcək. Yəni layiq olanlar, qalacaq həyatındibində, layiq olmayanlar oturacaq vəzifəkreslolarında. Bax, onda da millətin qara günü, ağır günü başlayacaq...

... Oyerdə ki, ziyalı var, o yerdəki müdrik və kamil şəxsiyyətlər olur və həmin məmləkətdəand olsun ki, həmişə günəş doğur. Və o günəşin də paxıllığını çəkən, qarşısınıqara buludlar kimi alan qara qüvvələr var. O qara qüvvələr yarasa kimiqaranlıqdan xoşu gəldiklərinə görə, bu qaranlıq aləmdə və dünyada özlərini çoxrahat hiss eləyirlər və kefləri istədikləri kimi yaşayırlar. Çünki qaranlıqdünyanın cahil, nadan, savadsız adamlarını idarə eləmək, istiqamətləndirməkdaha asandır.

Böyükictimai-siyasi xadim, böyük ziyalı, böyük alim və böyük insan olan ŞirməmmədHüseynovun 40 məclisində axund çox gözəl bir kəlam işlətdi: "Şirməmməd Hüseynovkimi ziyalılar dünyasını dəyişəndə onları ağlamaq lazım deyil. Şirməmməd müəllimkimi işıqlı, nurlu ziyalını itirən cəmiyyəti ağlamaq lazımdır”. Sözün düzü, bufəlsəfi fikir məni çox düşündürdü və bu mövzuda yazı qələmə almağa ruhlandırdı.Və düşünürəm ki, bu gün Azərbaycanda Şirməmməd Hüseynovkimi ziyalılar çox azdır və onlar barmaqla sayıla bilər. Barmaqlasayılan bu ziyalılar da dünyasını dəyişəndə onların yeri boş qalır. Və yeriboşalan məkan çox təhlükəli olur...

... Ziyalıməkanından və zamanından asılı olmayaraq, həmişə haqqın, ədalətin yanındaolmalıdır. Və bizim məmləkətdə də haqqın, ədalətin yanında olan çox böyükziyalılar olub: Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov! O, kiminhakimiyyətdə olmağından asılı olmayaraq, həmişə düz söz deyib. Və düz sözdediyinə görə də şəhid oldu. Mən bu cür ziyalılara haqq, ədalət yolunda şəhidolmaq deyirəm. Çünki onların düz sözü çoxlarına sərf eləməyib və müxtəlifyollarla bu böyük ziyalıları susdurmaq istəyiblər. Onları öldürə bilərlər, güllələyəbilərlər, amma onları yalan danışmağa, vətənə xəyanət etməyə heç kəs məcbur edəbilməz. Böyük Bəxtiyar Vahabzadə də beləydi... böyük İsmayıl Şıxlı da beləydi... böyük Ziya Bünyadov da beləydi... böyük Şamil Qurbanov da beləydi... böyük Məmməd Araz da beləydi...böyük Xudu Məmmədov da beləydi... böyük Aydın Məmmədov da beləydi... Onlar həmişəmillətin içində barış, sülh yaratmağa can atırdılar... Onlar həmişə iqtidarlamüxalifət arasında körpü yaratmağa çalışırdılar... Onlar həmişə Azərbaycanın hərqarış torpağını canlarından, övladlarından, doğmalarından üstün tuturdular...

BöyükŞirməmməd Hüseynov Allahdan başqa heç kəsdən qorxub eləmirdi. Və adını çəkdiyim bu böyük ziyalılar da Allahdan başqa heç kimdənçəkinmirdi. Onlar bir Allahdan qorxurdular, bir də vicdanlarının səsindən. Vəömrü boyu da nə Allaha xəyanət etdilər, nə də vicdanlarına! Düşündüklərini diləgətirdilər və dediklərindən çəkinmədilər. Çünki dedikləri bu yazıq və məzlummilləti ağ günə çıxarmaq idi. Onlar hər şeyi dedi və Allahın dərgahınaqovuşdular.

Bu gün cəmiyyətimizdəbax, belə böyük ziyalılar çatışmır. O qədər məddahlar, o qədər yaltaqlar varki, göydə uçan quşalara da imkan vermirlər. Sanki ölkədə böyük bir yaltaqlıqyarışı keçirilir. Və bu yaltaqlıq yarışında da kimlərsə birinci yerə çıxmağacan atırlar. Düzdür, onlar mükafatlarını da alırlar. Amma bir də görürsən ki, həminyaltaqların əsl siması açıldı, iç üzü çölə çıxdı və qalxdıqları yerdən kəllə-mayallaqyerə dəydilər. Vallah, tay qədimdən padşahların, sultanların, kralların da "peşəkar”yaltaqlardan xoşları gəlməyib. Biliblər ki, bu gün onu tərifləyənlər sabahbaşqa bir padşaha, krala tərif deyəcək, əl çalacaq. Ona görə də çox vaxt beləyaltaqları və məddahları ağıllı padşahlar vaxtında saraydan uzaqlaşdırıblar.

Onlarınyerinə müdrik, ağıllı şairləri, yazıçıları, filosofları gətiriblər. Görüblərki, balam, bu işıqlı ziyalılar gələndən sonra ölkə qaranlıqdan, zülmətdən işığaçıxdı. Və bu işıq Allah-Təalanın göndərdiyi və sevdiyi ziyalıların ağlıhesabına yarandı. Və o ağıllı, o müdrik, o ziyalı insanlar heç vaxt padşahdan xəzinə,var, dövlət istəməyib. Və padşah da görüb ki, bu ziyalıların ondan istədiyimillətinə və xalqına qayğısı, arxası və köməyidir.

Millətinən ağır günündə onu nə ən müasir silah, nə güclü qoşun, nə də var-dövlət xilasedib. Dövlətin parçalandığı, pərən-pərən olduğu dövrdə o ölkəni, o məmləkətiböyük ziyalılar, aydınlar xilas edib və onların çiynində bu vətən, bu torpaqyaşayıb və dövlət ayağa durmağı bacarıb.

Məmləkətimizinhər bir müdrik insanını, hər bir böyük ziyalısını qorumaq lazımdır. Amma bizonları qoruya bildikmi? Hörmətli oxucu, bu sualı sizə ünvanlayıram. Cavabını dasizdən istəyirəm. Mənim cavabım isə birmənalıdır: böyük ziyalıları, böyükaydınları heç vaxt qoruya bilmədik! Biri avtomobil qəzasına düşdü, birininağzından güllə atdılar, birinin ürəyi partladı, biri də dərddən dünyasını dəyişdi...

Ziyalıolmaq üçün nazir olmaq, akademik olmaq lazım deyil. Və heç bir nazir, heç birakademik də o demək deyil ki, ziyalıdır. Böyük ziyalı odur ki, vətənin ayağınadəyən daş onun ürəyinə dəyir... Böyük ziyalı odur ki, ailəsindən, özündən öncəvətəni, dövləti düşünür... Böyük ziyalı odur ki, hər an, hər dəqiqə o Vətən, otorpaq üçün özünü şəhid edir... Və bizim böyük ziyalılar da bu Vətən, bu dövlətüçün özlərini şəhid edirlər.

Axıdedim, ziyalılar yaman azalır ölkəmizdə. Və ziyalı azaldıqca sanki cəmiyyətdəgünəşin işığı da zəifləyir... Ziyalı azaldıqca ölkədə böyük-kiçiklik,ağsaqqallıq da unudulur. Amma nə yaxşı ki, qurban olduğum Allah-Təala onları özdərgahına aparır və Allahın dərgahında o böyük ziyalıların ruhu daha sakit,daha rahat olur. Çünki onlar bu dünyada haqqı, ədaləti tapa bilməsələr də,Allahın dərgahında ədaləti tapa bilirlər...

Allahzaman və məkan xaricindədir. O, maddi deyildir. Bu barədə "Qurani-Kərim”də beləbuyrulub. Allah ölmürsə, söz də ölə bilməz. Çünki sözü də yaradan və onu kəlamtutumunda bizə göndərən Ulu Yaradandır. Bu günlər bir daha mən Allahınböyüklüyünün şahidi oldum. Böyük şair Oqtay Rza dünyasını dəyişəndə hiss elədim.Oqtay Rza gün işığı kimi təmiz, uşaq ürəyikimi yumuşaq bir ürək sahibi idi. Çöhrəsində heç kimə bənzəməyən bir nur vardı.Onun yas məclisində ziyalılardan biri dedi ki, Oqtay Rzanın pedaqojiuniversitetdə çalışdığı dövrdə, Sovet dönəmində və müstəqillik məqamında üçböyük ziyalı rüşvət almayıb: İsmayıl Şıxlı, Əbdül Əlizadə və Oqtay Rza! Həmişəonların tələbələr qarşısında alnıaçıq, üzüağ olub. Allah hər üç böyük ziyalıyarəhmət eləsin və öz dərgahında saxlasın!

Nəvəmləbağlı bir yazı qələmə almışdım və o yazıda da Oqtay Rzanın bədahətən dediyi birbənd şeirdən istifadə eləmişdim. Və qələməaldığım məqalədə "Böyük şair” adlandırmağım onu çox sevindirmişdi. Görüşəndəmənə təşəkkürünü bildirdi və hətta avtobusda yol pulunu verməyə qoymadı, puluözü verdi. Dedi ki, mirzə, sənin o sözünə bəziləri qısqanclıqla yanaşıb. Gözəlşair bunu düz tutmuşdu. Bəzən elə paxıl adamlar var ki, kimin barəsindəsə birxoş söz deyəndə o dəqiqə xainlikdən ürəyi partlayır. Oqtay Rza kimi pak, təmiz,namuslu və vicdanlı adamın paxıllığını çəkmək vallah, mən bilmirəm nə deməkdir.Oqtay Rza elə böyük ziyalı idi ki, qarışqanı da ayaqlamazdı, hamıya da yaxşılıqeləyərdi. O balaca boy, gülərüz ziyalınındünya boyda ürəyi vardı. Paxıllıq, xəbislik nə olduğunu bilməzdi...

... Vəbir də Allahın böyüklüyünü Oqtay Rzanın Heydər məscidində verilən yas məclisindəgördüm... Və bir də Allahdan sonra sözün möhtəşəmliyini, günəş kimi parlaqlığınıo məclisdə hiss elədim... Və bir də hiss elədim ki, böyük şairlər, gözəlziyalılar, qüdrətli sözlər heç vaxt ölmür... Çünki onun yerlilərindən biri olanİlham İsmayılov adlı bir iş adamı bu məclisi düzənləmişdi. Heç bir təmənna, heçbir minnət qoymadan. Şükürlər olsun ki, sözə, şairə, poeziyaya belə qiymət verənvə Allaha yaxın olan insanlar da var.

Axıbizim iş adamları çox vaxt başqa şeylərə, məsələn, heç kimin tanımadığı, səsi vəistedadı olmayan müğənnilərə maşınlar bağışlayır, evlər alır. Sən demə, bax, bucür sözə, sənətə, şairə və ən nəhayət, Azərbaycan poeziyasına və Oqtay Rzayaböyük qiymət verən İlham İsmayılov kimi ziyalılar da varmış. Allah belə ürəksahiblərini qorusun, hifz eləsin!

Və bir dəböyük ziyalılar, böyük insanlar heç vaxt ölmürlər. Onlar zamanından və məkanındanasılı olmayaraq, həmişə yaşayırlar. Çünki onlar bəzi nazirlər, icra başçılarıkimi var-dövlət yığmayıblar. Onlar bu dünyada ömürlərini şam kimi millətin vəxalqın yolunda əridiblər. Və daha çox o böyük ziyalılar günəşə bənzəyirlər. Günəşdə heç vaxt sönmür və sönməyəcək...


TƏQVİM / ARXİV