adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Avqust 2019 14:34
11009
GÜNDƏM
A- A+

DİN və Baş Prokurorluqdan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

Adalet.az-ın məlumatına xəbərdarlıqda diqqətə çatdırılıb ki, ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaq.