adalet.az header logo
  • Bakı 18°C
22 Avqust 2019 14:24
23983
İDMAN
A- A+

Yığmamızın sabiq baş məşqçisi vəfat edib

Futzal üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Milton Luis Ziller Junior vəfat edib.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb. Bildirilib ki, braziliyalı mütəxəssis 57 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, "professor" ləqəbli Milton 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində millimizin baş məşqçisi olub. Komandamız ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni 1/4 finalda dayandırıb.