Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Qarabağ”ı keçmək “Linfild” üçün qəhrəmanlıq olar” – “Dundalk”ın məşqçisi Adalet.az | “Qarabağ”ı keçmək “Linfild” üçün qəhrəmanlıq olar” – “Dundalk”ın məşqçisi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

“Qarabağ”ı keçmək “Linfild” üçün qəhrəmanlıq olar” – “Dundalk”ın məşqçisi

10785    |   2019-08-22 13:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İrlandiyanın "Dundalk” komandasının məşqçisi Ruaidri Hiqqins bu gün Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Linfild” – "Qarabağ” oyunu barədə fikirlərini söyləyib.

Qol.az xəbər verir ki, BBC-yə müsahibəsində o deyib ki, "Qarabağ” iki oyunun nəticəsinə görə üstələmək "Linfild” üçün qəhrəmanlıq olar.


"Dundalk” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ”a rəqib olub və uduzaraq yarışda mübarizəni dayandırıb.

"Azərbaycan əslində tanınan futbol ölkəsi deyil. Amma son 5-6 ilə baxsaz görərsiz ki, "Qarabağ” dörd dəfə Avropa Liqasının, bir dəfə isə Çempionlar Liqasının qrupunda oynayıb. Onlar Madriddə "Atletiko” ilə ÇL oyununda xal qazanıblar. Əgər "Linfild” üzərinə düşən vəzifənin öhdəsindən gəlsə, bu, Şimal və Cənub da daxil olmaqla bütün İrlandiya futbolu üçün böyük uğur olacaq. 90 dəqiqə ərzində istədiyin nəticəni əldə etmək başqadır, amma "Qarabağ” kimi komandanın iki oyunun nəticəsinə əsasən, keçmək qəhrəmanlıq olar”.

Hiqqins "Linfild”in "Qarabağ”ın heyətində Abdullah Zubirə və Xaymeyə xüsusi diqqət yetirməsinin vacibliyini də qeyd edib: "Qarabağ” bütün komanda olaraq təhlükəlidir. Xüsusən hücumda.Onlar topla oynamağı sevirlər. İki vinger – Xayme Romero və Abdullah Zubir bu il Avropada qarşılaşdığımız ən təhlükəli oyunçular olub.

Onlar bizə həqiqətən zərbə vurdular. Heyətlərində belə futbolçuların olması təəccüblü deyil. Bu iki oyunçunun qiyməti bizim bütün komandanın büdcəsi qədərdir. Onların cinah hücumları çox təhlükəli olur. Əgər ötürmə alırlarsa, cəmirə meydançasına aqressiv hücum edirlər” – deyə "Dundalk”ın məşqçisi qeyd edib.

Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsinin bu gün keçiriləcək "Linfild” – "Qarabağ” ilk matçı Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.




İmza:
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK