adalet.az header logo
  • Bakı 20°C
22 Avqust 2019 12:58
11987
MƏMLƏKƏT
A- A+

Dəm qazından zəhərlənənlər: Yeddi rayonda daha çox qeydə alınır

Cariilin əvvəlindən bu günə kimi 80 nəfər dəm qazından zəhərlənmə iləKliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Adalet.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında şöbənin baş həkimi Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənənlər arasında ölüm hadisəsi baş verməyib:

"Amma altısı uşaq olmaqla, 14 nəfərin vəziyyəti ağır olub. Hamısı müayinədən keçirildikdən sonra onların dəm qazından zəhərlənməsi təsdiqlənib".

A.Maqsudov əlavə edib ki, şöbəyə daha çox Hacıqabul, Şirvan, Şamaxı, Tovuz, Şəmkir, Yevlax və Bərdə rayonlarından dəm qazından zəhərlənənlər gətirilib.